Yuxarı

Quliyevin Rüstəmxanlıya cavabına QSC-dən - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Milli Məclisin mayın 29-da keçirilən iclasında millət vəkili Musa Quliyevin həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı fikirlərinə münasibətinə etiraz edib.

Qeyd edək ki, Sabir Rüstəmxanlının fikirlərinə münasibət bildirərkən Musa Quliyev bildirmişdi ki: "Sabir Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Ümumiyyətlə, Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, Nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin."

Bu fikirlərlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, hörmətli millət vəkili Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac var:

"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li Sərəncamına əsasən, Azərbaycan Dəmir Yolunun balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Göoranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyatı üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir".

N.Əzməmmədov bildirib ki, bu Sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib:

"Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilmişdir".

N.Əzməmmədov vurğulayıb ki, hazırda Gəncədəki Məhəmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiri parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan Dəmir Yolları" QSC-yə heç bir aidiyyatı yoxdur. Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır.

Tarix
2015.05.30 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla