Yuxarı

Bacılarınızı, qızlarınızı zorlamayın!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanların xəbər başlıqlarına göz ataq:

Bakıda 17 yaşlı qız zorlandı

Bakıda 14 yaşlı qız zorlandı

Məktəbdə şok: 15 yaşlı qız sinifdə zorlandı

Dəhşət: Gənc qız qardaşları tərəfindən zorlandı

Bakıda 7 yaşlı qız zorlandı

18 yaşlı qız dayısı, atası, əmisi oğlu tərəfindən zorlandı

Bakıda 5 yaşlı qız zorlanıb öldürüldü

Azərbaycanda əqli qüsurlu qız zorlandı

Qız Qalasında 13 yaşlı qız zorlandı

Nə qədər qəribə səslənsə də, dünyanın dörd tərəfində qətlə yetirilən adamlar, müharibələrdə şəhid olan gənclər, partladılan binalarda həyatını itirən insanlar artıq klişeləşmiş itkilərdir. Vaxtilə Ramiz Rövşənin dediyi kimi: "Faciələr kütləviləşəndə, hisslər kütləşir".

Amma 5 yaşlı qızcığazın təcavüzə uğraması və boğularaq qətlə yetirilməsi hamımızın faciəsidir – sənin, mənim, onun, Bakının, Azərbaycanın, bəşəriyyətin. Və bu faciə önündə heç bir hissin kütləşməyə ixtiyarı yoxdur.

Hər gün qəzet səhifələrində, internet saytlarında "ağrılı" başlıqlar görürük - sonu "zorlandı" sözü ilə bitən. Günü-gündən artmaqda olan bu cinayət əməlləri və zorakılıq hallarının səbəbi nədir? 31 yaşlı adamı, məxluqu, canlını 5 yaşlı məsumu zorlayıb öldürməyə nə məcbur edib? Gündəlik qayğılar? Ailə problemləri? Cinsi aclıq? Eqo təmini? Özünütəsdiq? Qloballaşma və avropalaşma bəlkə?

Əlbəttə ki, psixoloqlar buna "travmalı uşaqlıq", "şizofreniya", "psixoz", "şəxsiyyətin ikiləşməsi" kimi bər-bəzəkli, ədəb-ərkanlı adlar qoya bilərlər. Ancaq bircə adı var bunun: Vəhşilik!

5 yaşlı körpənin zorlanması Yakov Çernovun, onun ailəsinin və qanını daşıdığı nəslin ləkəsi deyil; baş verən faciə təkcə Azərbaycan insanının, yakovun təmsil elədiyi millətin yox, dünyanın qara ləkəsidir. Balaca Aişənin o təsəvvür belə edə bilməyəcəyimiz fəryadları, nalələri, yanağında donub qalan göz yaşları hər birimizin utancıdır.

Bunu biz etmişik. Ətrafımızda yüzlərlə, bəlkə də minlərlə çernovlar var. Məsələyə cinsi aclıq kimi yanaşıb adiləşdirmək olmaz. Baş verən hadisənin səbəbi Çernovun şəhvəti deyil. Baş verən hadisə xəstə, özünü təsdiqləyə bilməyən, çarəsiz, zəif, köməksiz birinin cəmiyyətə və özünə olan aqressiyasıdır.

Olayın səbəbi həm də bizim laqeydliyimiz və unutqanlığımızdır. Hər kəs tənqid edir, etiraz edir, "bizim millət bunu da unudar bir-iki günə" deyib, kinayə ilə yanaşır. Bəs sən, mən kimik? Bu sözləri deyən, unutqanlığımıza üsyan edən özümüz deyilikmi? Niyə bu hadisələr xəbər başlıqları kimi arxivlərə çevrilir və qurbanın yaxınlarından başqa heç kimin hafizəsində qalmır? Bəlkə, sıranın bizə gəlib çatmasını gözləməyək daha?

Mən istəyirəm ki, siz Aişənin o caninin əllərində çapalamağını, hansı ümidlə anasının adını çığırdığını, boğularkən gözlərində hansı ifadə ilə o caniyə baxdığını heç vaxt unutmayasız; Mən istəyirəm ki, baş verən hadisəni ümummilli faciə kimi yaddaşlarınıza yazasız, qeyd etdiyiniz Beynəlxalq uşaqlar günü ilə yanaşı, ümummilli uşaq yası qeyd edəsiz.

Bircə dəqiqəliyə düşünün, Aişənin atası onu həyətdə qoyub çay içməyə getdiyinə görə özünü nə zamansa bağışlaya biləcəkmi?

Yox, mən atanı qətiyyən günahlandırmıram. Empati yaşamağınızı istəyirəm. Uşaqlarınızı hər dəqiqə, hər saniyə qonşuluqda Yakov varmış kimi qorumağınızı istəyirəm. "Dəli", "əcaib" adı qoyub evlərinə getmək istəmədiyiniz qohumlarınızla daha yaxından maraqlanmanızı, onları həkim müayinəsinə getməyə məcbur etməyinizi istəyirəm. Və nəhayət, bacınızı, qızınızı, qonşunuzu... zorlamamağınızı istəyirəm.

İstənilən hadisə nəticədir, görünən tərəfdir, səbəblər, görünməyən tərəflər daha çoxdur və nəticənin olmaması üçün səbəbləri aradan qaldırmaq lazımdır.

Sadəcə, hərdən başınızı yastığa qoyanda vicdanınızla söhbət edin.

Gəlin, faciələrimizə sahib çıxaq.

"Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır", - məncə, Dostoyevskinin bu sözləri nöqtəni tam əvəz edir...

Tarix
2015.05.30 / 13:40
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla