Ana səhifə Planet |
Fransada sabiq prezident Nikola Sarkozinin liderlik etdiyi Xalq Hərəkatı Birliyi (UMP) səsvermə ilə adını dəyişib.
Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, partiya üzvlərinin 83.28% səs çoxluğu ilə partiyanın adı Respublikaçılar olaraq dəyişdirilib.
Fransa bayrağındakı rənglər üzərinə yerləşdirilən "respublikaçılar" sözünün fransızca ilk hərfi "r"dən yaranan yeni partiya loqosu da qəbul edilib.
Partiyanın verdiyi açıqlama belədir: "Partiyamızın adı hər keçən gün respublika qanunlarından geri addım atılması üzündən yaranan narahatlığa görə respublika qanunları ətrafında birləşmək üçün "Respublikaçılar" olaraq dəyişdirilib".
Xatırladaq ki, sağ mərkəz partiyada Sarkozi ilə sabiq baş nazir Alan Juppe prezidentliyə namizəd olmaq istəyir.
Tarix
2015.05.30 / 14:28
|
Müəllif
Nilufər Muğantürk
|