Yuxarı

Nazirliyin 500 əməkdaşı ağac əkdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar iməcilik keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyidən Axar.az-a verilən məlumata görə, 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar nazirlik tərəfindən 30 may 2015-ci il tarixində Yeni Suraxanı-Binə yolunun ətrafında iməcilik keçirilib.

Nazirliyin 500-ə yaxın əməkdaşının, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada sözügedən ərazinin 85 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.

Qeyd edək ki, 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb. Hər il Ümumdünya ətraf mühit günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Tarix
2015.05.30 / 16:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla