Yuxarı

“Bu, Prezident İlham Əliyevin böyük çağırışdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, cəmiyyətin ona aid olan bütün məsələlərə münasibət bildirməsinə yönəlik bir addımdır".

Axar.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, sosial ədalətsizliyin qarşısının alınmasında ictimai nəzarət məsələsinə ilk növbədə dövlətin özünün marağı var və bunu Prezident öz sözləri ilə ifadə etdi:

"Cənab Prezident İlham Əliyevin bu məsələyə münasibət bildirməsi dövlətin hər bir vətəndaşının ictimai fəal olması, məsələlərə ayıq gözlə baxması, yaxud da hansısa bir təşəbbüslə çıxış etməsi üçün böyük bir çağırışdır. Əlbəttə, heç bir ictimai nəzarət vəzifəli şəxsin həyata keçirdiyi funksiyanı əvəz edə və paralellik təşkil edə bilməz. Burada əsas söhbət fəallıqdan, münasibət bildirməkdən, narahatlıq doğuran ictimai əhəmiyyətli bir məsələni müzakirəyə çıxarmaqdan gedir. Azərbaycanda bununla bağlı kifayət qədər təcrübə var. Ancaq bu təcrübənin zənginləşməsinə hər zaman ehtiyac duyulur. Yəni təkmilləşmənin sonu yoxdur. Bu göstərir ki, Azərbaycan öz inkişafında yeni bir mərhələyə qədəm qoyur. Həmin mərhələnin elementlərini bu gün sosial şəbəkələrdə, mətbuatda, televiziya kanallarında cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində, hansısa məsələnin diqqətdə saxlanılması, dövlətin nəzər və diqqətinə çatdırılmasındadır. Hesab edirəm ki, bu təşəbbüs sədası bundan sonra cəmiyyətdə çox geniş yer tapacaq. Bu addım Azərbaycanda gedən dövlət quruculuğunun daha dərindən və yüksək sürətdə inkişafı, vətəndaşların öz həyatlarını yaxşılaşdırması üçün təşəbbüskar olması və dövlət orqanlarının vətəndaş təşəbbüs institutları ilə əlaqəli işləməsi istiqamətində mühüm rol oynayacaq. Cəmiyyəti yaxşılaşdırmağa nə qadirdirsə, onların cəmiyyətdə tətbiq edilməsi çox vacibdir".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün çox güclü ictimai nəzarət olmasına diqqət çəkib.

Tarix
2015.05.30 / 19:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla