Yuxarı

Bakı-2015: Məşəl Şamaxıda

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim tarixə malik, zəngin flora və faunası, ecazkar və sirli abidələri ilə cəlbedici olan Şamaxı mayın 30-da keçirilən möhtəşəm Alov festivalı ilə öz tarixinə yeni bir səhifə yazdı.

3000 il yaşı olan bu qədim diyar möhtəşəm idman bayramını böyük təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları, xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini gözləyirdilər.

Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatdı. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul etdi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəldilər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırdı.

Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olundu.

Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırdı.

YAP rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi ki, ulu öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan hazırda tarixi günlərini yaşayır: "Ötən hər gün bizi möhtəşəm idman bayramına - ilk Avropa Oyunlarının keçiriləcəyi günə yaxınlaşdırır. Bu Oyunların müqəddəs Atəşgah məbədində alovlandırılan məşəlinin rayonumuza gətirilməsi hər bir şamaxılıda qürur və sevinc hissi doğurub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da qüdrətlənəcək, bir çox bu cür möhtəşəm tədbirlərə uğurla ev sahibliyi edəcək".

Alov festivalını böyük maraqla izləyənlər arasında gənclər çoxluq təşkil edirdilər. Onlardan biri Vasif Şıxıyev təəssüratlarını belə ifadə etdi: "Müqəddəs Atəşgah məbədindən od alan birinci Avropa Oyunlarının məşəli bu gün Şamaxıya da nur saçdı. Bu, biz gənclərdə böyük qürur, iftixar hissi doğurur. Azərbaycanın dünya idman arenasında sayılıb-seçilməsi, ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi çoxları üçün əlçatmaz bir zirvədir. Fəxr edirik ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu zirvəyə ucalıb".

Tarix
2015.05.30 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla