Yuxarı

Qərb Ərdoğana qarşı: Putin yardıma tələsir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son seçkilərin nəticəsindən asılı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün şərait yaranıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov Ərdoğanla Putinin Bakıda gözlənilən görüşünü şərh edərkən söyləyib. Onun sözlərinə görə, Ərdoğan Türkiyəni başqanlıq sisteminə keçirmək istəyir:

"Ərdoğanın bəyənilməmiş siyasətinin nəticələrindən biri, xüsusən son dönəmlər Rusiya yönümlü demarş idi. Çünki bütün NATO üzvü olan dövlətlər Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi iqdisadi blokadada iştirak edirdilər. Amma Türkiyə NATO dövləti olaraq, bu blokadadan imtina etdi. Bu, əslində NATO prinsiplərinə və Avropa Birliyi dövlətlərinə interasiya istiqamətində proqramlara zidddir. Əslində Ərdoğan Türkiyənin milli maraqlarından çıxış edərək buna getdi. Türkiyənin milli maraqları iqdisadi hesablamalara görə daha çox Rusiya ilə uzlaşır. Artıq müəyyən mənada mənfəətli işlər əldə etmək üçün məkan yaranıb. Yəqin ki, Bakı görüşündə də bu məkan istiqamətində müzakirələr aparılacaq. Bu müzakirələrin nəticəsi əlbəttə ki, tək yuxarıda qeyd etdiyim məsələ deyil. Burada yeni bir geosiyasi konstruksiya formalaşmasından da söhbət gedə bilər. Amma burada, Ərdoğana status məsələsində əvvəlkindən fərqli bir yanaşma olacaq. Cünki bu son seçimin nəticəsi olaraq Ərdoğanın statusu müəyyən qədər zədə aldı. Hesab edirəm ki, Rusiya da Ərdoğan şəxsiyyəti timsalında Türkiyə istiqamətində, region istiqamətində öz strateji siyasi və iqdisadi proyektlərini həyata keçirməyi hesablayıb. Bakıda çox güman ki, Ərdoğanla Putinin qızğın müzakirəsi olacaq".

Tarix
2015.06.12 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla