Yuxarı

Ən qiymətli qızıl medal

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq I Avropa Oyunları start götürüb və Azərbaycan idmançıları aktivlərinə ilk qızıl medalları yazıblar. Əslində isə ən qiymətli qızıl medalı I Avropa Oyunlarının açılış mərasimini saymaq lazımdır.

Klassik və ənənəvi turnirlərin, eləcə də zaman-zaman bu tip yarışmaların əsasnaməsinə uyğun, yeni forma və məzmun kəsb etmiş digər oyunların fonunda Bakı-2015 ilk növbədə açılış mərasimindəki təqdimatlarıyla öz möhtəşəmliyini nümayiş etdirdi. Kifayət qədər qarışıq zamanda həm daxili, həm də xarici bədxahların qıcıqqarışıq təxribat yönlü təbliğatı qarşılığında Bakı-2015-in təşkilatçıları təhlükəsizliyi yüksək səviyyədə təmin edə bildilər. Üstəlik də 50 dövlət idmançıları, 20-yə qədər dövlət isə həm də dövlət başçılarının iştirakı ilə bu yarışa qoşulmaqla, Şərqlə Qərbin vəhdət nöqtəsinin məhz Azərbaycan olduğunu sərgiləmiş oldu. Bu, nəticə etirbarilə Azərbacana inamsızlıq ifadə etməyə çalışanlara ən tutarlı cavab idi.

Bakı-2015 baş tutdu və tarixə yazıldı. Şübhəsiz ki, I Avropa Oyunları dünya idman tarixində çox mühüm və yaddaqalan hadisədir – bundan sonra da davam etdiriləcək bu yarışmada Bakı-2015 öz ilklik missiyasından əlavə, həm də örnək roluna sahib olacaq. Dünya idmanına Bakıdan start götürən Avropa Oyunları ən yeni standartlar üzərində köklənərək, insanlar arasında sırf humanizm nümunəsi kimi estafeti özündən sonrakı ölkəyə ötürməli olacaq.

Açılış mərasiminin baş tutmasıyla ilk növbədə üzə çıxan üstünlük həm də ondan ibarət oldu ki, Azərbaycan irimiqyaslı beynəlxalq layihələrə və qlobal dəyişikliklərə meydan açan dünyaya öz töhfələri üstündə qədəm basdı. Açılış mərasimindəki möhtəşəmlik "Azərbaycanı tanıyın!" süjeti üstündə çox gözəl kompozisiya ilə cilalanmış olduğundan, öz siyasi çalarlarını sezdirmədi. İnsanlara və dünyaya Azərbaycanı təzədən təqdim etmə şansı çox yüksək səviyyədə nəzərə alındığından, hamı gördü ki, Qobustan qayaüstü təsvirlərindən boylanan Azərbaycan xalqı tarixin o qədimliyində qalmasa da, elə qədimliyin yaratdığı, yaşatdığı müdriklikdədir. "Sarı gəlin"in fon musiqisi kimi səslənişi və Qarabağ ərazisinin yağı tapdağında əsirliyini Qarabağ Qazisi keçdiyi həyat və döyüş yolunun görüntüləri üstündə qalib əsgər kimi çiyinlərində və əllərində - özündən irəlidə daşıya bildi. Bunu bacarmaq gücünü yaddaşlara həkk etdirdi.

Daha bir incə məqam isə Nizamiyə fars deyənlərə dəyən tərs şapalaq idi – təfərrüata varmadan yazıram.

Altı min idmançının qatıldığı bu yarışmanın açılışında çoxlu sayda dövlət və hökumət başçılarının, nüfuzlu və tanınmış şəxslərin iştirakı Azərbaycanın mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını da təsdiqlədi.

Müstəqillik dönəminin son illərində Azərbaycan bir çox ilklərə imza atmaqla bizləri sevindirir. Birinic ledi Mehriban Əliyevanın Avroviziya beynəlxalq musiqi yarışına uğurlu təşkilatçı kimi rəhbərliyinin ardından belə bir mötəbər yarışmanın da məsuliyyətinə çiyin verməsi sevindiricidir. Təşkilat Komitəsinin sədri kimi çıxışı zamanı söylədiyi bir fikri diqqətə çatdırmaq istəyirəm

"Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır".

Əlbəttə, xalq üçün yazılan, xalqla yazılan səhifələr həmişə uğurlu olub və tarixdə qalıb – xalq üçün də, rəhbərlik üçün də.

Sonda əvvələ qayıdıram – açılış mərasimində olduğu kimi müstəqilliyimizin 24 ilinin hər ili növbəti qələbənin başlanğıc anıdır.

Tarix
2015.06.14 / 23:12
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Digər xəbərlər

Şuşa işğal olunanda da “günahkar” ağdamlılar idi...

Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik

Ermənilər hər gecə əlaqəyə çıxır bizimkilərlə...

Onun ölümü bağışlanmazdı, amma…

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Anar Yusifoğlunun Əli Həsənova – Şok müraciəti

Bizi yerdən əzizlərimiz götürür...

Ölümə qarşı bir can kimi...

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Bu xoşbəxtlik uğrunda ölmək…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla