Yuxarı

Fransa: "Jak Forun dedikləri pensiyaçı fikridir"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil".

Fransa Xarici İşlər Nazirliyinin (XİN) bu mövqeyini XİN-in Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində səsləndirib. Bu barədə Trend-ə E.Əmirbəyovun özü məlumat verib.

Daha əvvəl Azərbaycan səfirliyi Ermənistanın bəzi KİV-lərinin məlumatına əsasən iyunun 19-da Yerevanda keçirilmiş NATO Parlament Assambleyasının 89-cu "Rouz-Rout" seminarında J.Forun Azərbaycan əleyhinə bəyanatı ilə bağlı Fransa XİN-ə müraciət etmişdi.

E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.

E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: "Jak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun Yerevandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır".

Tarix
2015.06.28 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla