Yuxarı

Vatsap haqda bunları bilirdinizmi?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatsap dünyanın ən populyar mobil messenceridir. İndi 800 milyondan çox insan bu messencerdən istifadə edir.

Axar.az İCTnews-a istinadən xəbər verir ki, "MacDigger" nəşri Ayfon və Android qurğularda Vatsapdan istifadə üzrə 10 ən faydalı tövsiyə və kömək təklif edir.

Ehtiyat köçürülməsi və məlumatların bərpası:

Mobil messencerin həm iOS, həm də Android versiyası ehtiyat köçürülməsi, mesaj və başqa vacib məlumatların tarixçəsinin bərpası üçün daxili funksiyaya malikdir.

Vatsap üçün SİM kart:

VatSim-dən istifadə ildə 11,60 dollara başa gələcək. Bu xüsusi SİM kartla dünyanın 150 ölkəsində 400 mobil operatora qoşulmaq mümkündür.

Vatsap veb kliyenti:

Vatsap messenceri rəsmi veb kliyentə malikdir, nəticədə kompüter vasitəsilə dostlarla ünsiyyət saxlamaq olar. Təəssüf ki, indi Vatsap veb kliyenti rəsmən yalnız Android, Vindovs Fone və Blakberri-10 platformalarını dəstəkləyir.

Puş bildirişlər:

Ceylbreyk olunmuş iOS qurğu sahibləri hansısa kontakt şəbəkəyə daxil olduqda və ya sizə mesaj yazmağa başladıqda puş (push) bildirişlər göndərən "Onlayn notifi"dən (OnlineNotify) istifadə edə bilər.

Vatsap messenceri ilə zənglər:

VoIP səs rabitəsini dəstəkləmək üçün Vatsap komandasına xeyli vaxt lazım olub. Nəhayət, çoxdan gözlənilən bu funksiya artıq əlçatandır. Bu funksiya həm Ayfon, həm də Android smartfonlarda işləyir.

İşçi masada Vatsap bildirişləri:

Xrom (Chrome) brauzeri üçün VAToolkkit adlı xüsusi plaqin Vatsap veb kliyentindən bildirişləri birbaşa işçi masada göstərəcək.

Vatsap messencerinin Android qurğularda bloklanması:

Dostlarınızın sizin yazışmanızı oxumasını iztəmirsiniz? Android üçün "Messenger and Chat Lock" adlı mobil proqram pin-kodun köməyi ilə Vatsapı bloklayacaq.

Android qurğularda mesajların səslə oxunması:

Android qurğularda Voice for Vatsap modifikasiyası əlçatandır ki, mobil proqram gələn mesajları səslə oxuya bilər.

iOS platformasında qeyri-məhdud sayda fotoşəkil göndərilməsi:

Vatsap başlanğıc ayar kimi bir mesajda 10 fotoşəklin əlavə edilməsinə imkan verir. Bəzən kiməsə təcili çox fotoşəkil göndərmək lazımdır. Ayfon qurğularda bu problemi həll etmək olar: sadəcə, Vatsap Unlimited Media utilitini quraşdırmaq lazımdır.

Mesajların oxunması haqda hesabatların deaktiv edilməsi:

Vatsap iOS və Android qurğuları üçün yeni funksiya (mesajın oxunması haqda hesabat) təqdim etdikdə hamını təəccübləndirib.

Tarix
2015.06.30 / 02:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla