Yuxarı

“Neftin qiyməti iki istiqamətdə dəyişəcək” – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxın üç ayda neftin qiyməti yenidən 65 dollar ətrafında dəyişməyə başlayacaq".

Bu barədə Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspert önümüzdəki aylarda dünya neft bazarında kəskin dəyişikliklərin olacağını deyib:

"İyulun 5-də Yunanıstan Avropa Birliyindən çıxarsa, çox acınacaqlı vəziyyət yaranacaq. Yaxın bir neçə ayda Yunanıstan və Avropanın iqtisadi məkanında təlatümlər gözlənilir. Bu isə öz mənfi təsirlərini göstərəcək. Təbii ki, belə olan halda da Avropa Birliyinin enerjiə olan tələbatı azalacaq. Nəticədə neftin qiyməti iki istiqamətdə dəyişəcək. Birincisi, mənfi təsirlərin şok effektindən qiymətlər kəskin aşağı düşəcək. Hətta qiymətin 60 dollardan da aşağı düşəcəyini proqnozlaşdırmaq olar. İkinci istiqamətdə isə qiymətlər yenidən qalxacaq. Belə ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə öz neftini bazara çıxaracaq. Rəsmi Tehranın bu addımı isə təlatümlərin və bazardakı səngimələrin qarşısını alacaq".

Ekspert İranın neft bazarına daxil olması ilə qiymətlərin kəskin azala biləcəyinə fərqli aspektdən yanaşıb:

"Çoxları hesab edir ki, İranın bazara neft çıxarması kəskin ucuzlaşamaya səbəb olacaq. Ancaq başda Səudiyyə olmaqla, bir çox OPEK ölkələri neftin qiymətinin ucuzlaşmasında maraqlı deyillər. Vaxtilə 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq ediləndə İranın kvotasını və onun bazardan çıxarılan hissəsini Səudiyyə öz üzərinə götürmüşdü. İndi belə bir mülahizə var ki, İran öz neftini bazara çıxardıqdan sonra sözügedən hissə azaldılacaq. Nəticədə isə neftin qiymətində elə də böyük dəyişikliklər olmayacaq. Beləliklə də Yunanıstan və Yaxın Şərqdəki qeyri-sabitliyi İran amili stabilləşdirəcək və bu iki faktorun bir-birini neytrallaşdırması çox güman ki, qarşıdan gələn üç ayda neft qiymətlərinin 65 dollar ətrafında rəqsinə imkan yaradacaq".

Tarix
2015.07.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla