Yuxarı

Dadaşovanın pulu qaytarılmadı – Cinayət

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda barəsində axtarış elan olunan fırıldaqçı tikinti şirkətinin rəhbəri tanınmış sənətçinin pulunu qaytarmayıb.

Axar.az-ın əldə etdiyi xəbərə görə, "RUM" MTK sədri İmran Hüseynov xalq artisti Brilyant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovanı da aldadıb və indiyə qədər pulunu verməyib.

L.Dadaşova B.Dadaşovanın həyat yoldaşı ilə birlikdə müqavilə bağlamağa gedib: "Brilyant хanımın yoldaşını da götürdüm ki, aldatmaq söhbəti olmasın. O da baхdı, insanlarla tanış oldu. 2005-ci ilin martında müqavilə bağladıq. Kvadratı 300 dollardan biz də özüldə ikən tikiləcək binadan ev aldıq. Amma dedilər ki, tikiləndən sonra kvadratı çoх baha olacaq, haradasa 400-500 manat. Mən tanınmış müğənni olduğum üçün kvadratın qiymətini 300 manata saldılar.

Binanın komendantı İman Hüseynova 100 kvadrat metr üçün 30 min sayıb verdik. Bu günə kimi mən kirayə mənzildə yaşayıram. Çünki o qədər pulu öz yaşadığım evimi satıb vermişdim".

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, "RUM" Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

İ.Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır. Belə ki, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib.

Tarix
2015.07.01 / 14:35
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla