Yuxarı

“Neftçi” və “Qəbələ”dən iddialı açıqlamalar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandadan on futbolçu ayrılıb. Klubun strategiyası dəyişib. Gənclərə üstünlük veririk. Təlim-məşq toplanışında üç yoxlama görüşü keçirdik. Güclü və zəif cəhətlərimizi bilirik".

Axar.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Mladost"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

S.Əliyev sabahkı matç üçün start heyəti müəyyənləşdirdiyini bildirib: "Səbrli olun, sabah mübariz komanda görəcəksiniz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu tədricən göstərəcəyik. "Mançester Yunayted" kimi komandada Lui van Qal 1 ildir ki, heç nə edə bilmir. Biz də tez bir zamanda heç nə edə bilmərik".

O, rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacaqlarını vurğulayıb: "Fikrimcə, heç bir problem olmayacaq. Oyunu təhlil etmişik, rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Komandaya yeni sistem gətirmişik. Bunu təkmilləşdirməyə çalışırıq. Əgər "Neftçi"dəki işimə davam etsəm, mövsüm ərzində sistem dəyişməyəcək. Futbolçularda irəliləyiş var".

***

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da "Dinamo" (Tiflis) ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Dinamo" haqqında məlumatımız var. Bilirəm ki, bir neçə futbolçu komandanı tərk edib. "Dinamo"nun heyətindən xoşum gəlir. Deyə bilərəm ki, sabahkı oyundan azarkeşlər zövq alacaqlar.

"Qəbələ"də yeni deyiləm. Komanda ilə artıq tanışam. Geridə qalan müddətdə müəyyən uğur da əldə etmişik. Lakin hazırlıq üçün çox vaxtımız olmadı. Sabah meydana elə futbolçu çıxa bilər ki, cəmi 3-4 gündür komandadadır. Komandanın stilini dəyişmək fikrimiz yoxdur. Seçdiyimiz oyunçular da "Qəbələ"nin stilinə uyğundur. Klub rəhbərliyi gözəl futbol tələb edir və biz buna uyğun futbol oynamağa çalışırıq. Sabahkı matçda bizi 0:0 hesablı bərabərlik yox, 5:0 hesablı qələbə qane edəcək".

Tarix
2015.07.01 / 22:06
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla