Yuxarı

Həbs olunan oliqarxın hamisi 185 milyon mənimsəyib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs olunan iş adamı və onun şirkəti barəsində mühüm məlumat meydana çıxıb.

Axar.az-ın xəbərinə görə, "General Construction" şirkətlər qrupuna daxil olan MMC-dən birinin direktoru Camal Həsənovun Azərbaycan Beynəlxalq Bankına (ABB) 2011-ci ildən borcu olub.

Onun götürdüyü külli miqdarda vaxtı keçmiş kredit həbsinə gətirib çıxarıb. Şirkət tikinti və landşaft işləri ilə məşğuldur. MMC-nin ofisi paytaxtın Tiflis prospekti 35 ünvanında olan "Qlobus Plaza"nın 4-cü mərtəbəsində yerləşir.

"General Construction" şirkətlər qrupunun direktoru isə tanınmış iş adamı Xəqani Bəşirovdur. Vaxtı ötmüş kreditlərin təqribən üçdə biri – təhlükəli və ümidsiz kreditlərin həcminə bərabər məbləğ bir adamın əlindən keçib – istintaq materiallarında belə iddia edilir.

Bu şəxs Xəqani Bəşirovdur. Mətbuat bu biznesmen haqda çox yazıb. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də, Bəşirov həm də Fransa vətəndaşıdır.

Ailəlidir, 2 qızı var. O, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Beynəlxalq Bankla Bəşirovun işgüzar həyatı arasında bağların çoxşaxəli tarixçəsi var.

2011-ci ildə Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi Zakir Məmmədovun verdiyi vəsatət, Baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, Bəşirov Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb və qaytarmayıb.

Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu "OCEANSTREAM İNC" şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış "General Konstrakşn" MMC-nin təsisiçilik hüququnu əldə edib.

"Xəzər Menecment Sistems" MMC, "General Konstrakşn" MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş "Aygün", "İnşaat", "Aqora", "Pərvanə", "Uni Oyl", "Alfa Layn", "Beta Layn", "Kondor Qrup" və "Siqma Layn" MMC-lər tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib. Xəqani Bəşirov 2011-ci il yanvarın 17-də azadlığa buraxılıb.

Həbs edilən MMC rəhbəri Camal Həsənov da Bəşirovun şirkətinə bağlıdır. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Tarix
2015.07.02 / 00:28
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla