Yuxarı

Millət vəkili: “Speys”dən faydalı nəsə gözləməyin”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Speys" telekanalında yayımlanan "Günaydın" verilişində Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında yaşanan qalmaqal mətbuatda və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Axar.az məsələ ilə bağlı bir neçə ziyalının fikrini öyrənib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu hadisəni xalqa hörmətsizlik kimi qiymətləndirir:

"Ümumiyyətlə, efirdə bir şairin müğənniyə və ya hər hansı şəxsə ədavət bəslədiyini göstərməsi, nalayiq ifadələr işlətməsi həmin sözün təkcə bir müğənniyə deyil, həm də yüz minlərlə ailənin gözünün qarşısında baş verdiyinə görə bütün xalqa ünvanlanması deməkdir. Bu, millətə hörmətsizlikdir. İctimai qınaq olmalıdır, kim necə istəyir, o cür də danışa bilməz. Belə halların qarşısının alınması üçün kanal öz məsuliyyətini hiss etməli, o cür adamlar efirə dəvət olunmamalı, o tip aparıcılar işdən çıxarılmalıdır".

Jurnalist İradə Tuncay bu məsələnin yayılmasında saytların rolu olduğunu qeyd edir:

"Heç o verilişə baxan olmayıb. Onlar kimdirlər ki, baxılsınlar? Bunu saytlar yaydılar, demək, onlar da televiziyaların reytinqinə xidmət edir, mən belə başa düşürəm. Mən olsam, bunu heç qeyd eləməzdim, üstündən keçərdim. İndiki dövrdə belə hallarla barışıb yaşamalıyıq. Elə adamları qəsdən efirə çıxarırlar ki, o cür danışsınlar. Saytlar bu adamların məşhur olmağına xidmət etdilər. Kiməsə şair demək üçün o adamın bir misrasını bilmək lazımdır. Nə vaxt olub ki, İradə Tuncay çıxış eləyəndə saytlar bu barədə yazsın? Yazmırlar, çünki İradə Tuncay söyüş söymür. Televiziyaların, saytların bir arqumenti var: kim söyürsə, ondan yazırlar".

Millət vəkili Fazil Mustafa isə "Speys" kanalından faydalı nəsə gözləməməyin tərəfdarıdır:

"Efirdə təhqirin baş alıb getməsi xoşagələn hal deyil. Ancaq "Speys" televiziyasından daha faydalı nə isə gözləmək də olmaz. Televiziyalar insanların qarşısına kimi çıxardıqlarını bir də düşünməlidirlər ki, belə fəsadlar olmasın".

Tarix
2015.07.02 / 09:09
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla