Yuxarı

Mətanət və Musanın biabırçı videosu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşuluqdakı ağsaqqal deyirdi ki, o vaxt radioda alman ordusunun Bakıya doğru irəlilədiyini eşitdikdən 1 saat sonra kənddə bir dənə də başıpapaqlı qalmamışdı. Ortada nə alman ordusu var idi, nə də güllə səsi. Bircə radio kifayət eləmişdi kəndin boşalmasına.

İndi həmin o "Bir dənə də başıpapaqlı qalmamalıdır" əmrini TV kanallarımız yerinə yetirir. İntellektual səviyyənin çökdüyünü görən aparıcılar reytinqi qaldırmaq üçün ağzının danışığını bilməyən manısları verilişə gətirir.

Demək, dünən bir verilişdə müğənni Mətanət Əsədova ilə yazar kimi təqdim edilən Əziz Musa arasındakı rüsvayçılıq göstərdi ki, bizim şou əhli özünə hörmət qoymur, nəinki ekran qarşısında əyləşən tamaşaçılara. Bu adamlar guya Azərbaycan mədəniyyətinin simalarıdır.

Yadınızdadırsa, bir dəfə Mətanət Əsədova verilişdə Eynşteyni tanımamışdı. Bu azmış kimi özlüyündə guya onun adı ilə məzələnmişdi də. "Eynşteyn, Yoxşteyn" demişdi. Bu, artıq təkcə fizika elminə yox, doğma ana dilinə qarşı hörmətsizlikdir. İndi Eynşteyni tanımayan bir müğənninin bəsit çayxana şeirləri yazan bir şairi tanımasını gözləmək absurddur. Mətanətin həmin verilişdə Eynşteynin adı ilə məzələnməsi orta məktəb şagirdinin Nizami Gəncəvinin ağzına qəlyan çəkməsi kimi gülünc davranışdır. Təbiidir, çünki bunların təfəkkürü orta məktəb səviyyəsindədir.

Əslində, abituriyentlərin rüsvayçı nəticələrinin səbəbkarı Eynşteyni masqaraya qoyan mətanətkimilərdir. Ay qardaş, məşhur bir fizikin adını belə tələffüz edə bilməyən bir müğənni sənin övladına hansı elm, tərbiyə aşılaya bilər? Ümumiyyətlə, elmi masqaraya qoyan müğənninin sənətdən danışmağa haqqı çatmır. Adi əxlaq qaydalarını bilməyən adamdan "Əxlaqi-Nasiri" soruşmaq faydasızdır. Bu, öz yerində. Məsələ bir az dərində.

İndi gələk o nəğməkar şairə. Yazar Əziz Musanın "mən aliməm" sözü ilə "sən fahişəsən" sözü arasında cəmi 3-4 saniyə vaxt fərqi var. Məncə, elə Əziz Musanın alimliyi, şairliyi də 3-4 saniyəlikdir. Hə, vallah. Digər tərəfdən, özünə alim deyən bu şəxs böyük ideyalar ətrafında baş sındırmalı olduğu bir vaxtda gəlib hansısa müğənninin dekoltesinə irad tutur.

Bəla bu deyil. Hələ rüsvayçılıq bundan sonra başlayır. Müğənniyə geyiminə görə əxlaq dərsi verən şair az sonra küçə söyüşləri işlədir. Bax, bu, bizim şou-biznesin mahiyyətidir.

Bu, oğlunu tuman altda gizlədib hərbi xidmətdən yayındıran müğənninin vətənpərvərlik mahnıları oxuması qədər gülüncdür.

Mətanət Əsədova şairə deyir ki, biz sizin şeirlərə mahnı oxumasaq, siz heç kimsiniz. Yəqin, o elə bilir ki, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin şeirlərinə hansısa müğənni mahnı oxuyub, ona görə onlar tarixdə qalıblar.

Kanallar haqda bir dəfə demişdim, zərurət tələb edir, yenə deyirəm: Əgər sən bir televiziya kanalı olaraq ləçər-məçəri, həftəbecəri ekrana çıxarıb, sonra vətəndaşdan fizikadakı "sol əlin baş barmaq qaydası"nı soruşsan, o da sənə sağ əlin orta barmaq (!) qaydasını göstərər.

Şübhəsiz ki, bu rüsvayçılıq reytinq xətrinə yaradılmışdı. Minlərlə uşağın əxlaqını pozduğuna görə bu işdə əməyi keçən hər kəsi bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin sizə, dirilər.

Uşaqlarınızı narkomaniyadan çox, telenarkomaniyadan qoruyun.

Tarix
2015.07.02 / 09:44
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla