Yuxarı

“Məqsədimiz mesajlarımızı göndərməkdir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qadın Konsensus Mərkəzi "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai məlumatlandırma və ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində "Azərbaycanda məişət zorakılığı və erkən nikahlar" mövzusuna həsr edilən ilk tədbirini keçirir.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı tədbiri açıq elan edərək ölkədə məişət zorakılığı və erkən nikahlar barədə qısa məlumat verib:

"Doğurdan da bu, Azərbaycan cəmiyyəti üçün çox aktual bir mövzudur. Hələki cəmiyyətimizdə bu problemlərdən əziyyət çəkirik. Xüsusilə də cənub bölgəmizdə bu problem daha qabarıqdır. Əsasən milli adət-ənənələr əsas götürülür və yetkinlik yaşına çatmayan gənclər ailə həyatı qurur. Nəticədə xəstə uşaqlar dünyaya gəlir və s. Toplum olaraq bu problemdən əziyyət çəkirik.

Tədbiri keçirməkdə məqsədimiz cəmiyyətin maariflənməsi, layihənin davam etdiyi 6 ay müddətində cəmiyyətə mesajlarımızı göndərməkdir".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Aydın Mirzəzadə problemin mahiyyətinə toxunaraq qanunvericilk sahəsində görülən işlərdən danışıb:

"Mən düşünmürəm ki, bu məsələ Azərbaycan üçün bəladır. Qanunvericilik tərəfdən gəldikdə isə insanların qorunması sahəsində Azərbaycanda mükəmməl sistem yaradılıb. Cəmiyyətin ehtiyacı olduğu hər hansı bir sahədə qanun layihəsi operativ bir şəkildə müzakirə olunur, qəbul edilir. Övladların tərbiyəsi ilə bağlı valideynlərin məsuliyyəti, anaların dövlət tərəfindən maddi yardımların ayrılması sahəsində problemlər öz həllini tapır. Valideynlərin uşaqları saxlaması ilə bağlı çox ciddi problemlər var. Buna görə paytaxtdan tutmuş ucqar bölgələrə qədər uşaq bağçaları yaradıldı. Burada ictimai qınaq məsələsi də böyük rol oynayır. Ən pisi odur ki, kiçik problemin həlli ilə daha böyük problemlərin yaranmasına yol açmış oluruq.

Məişət zorakılığı bir qayda olaraq gənc və yeni ailə qurmuş insanlar arasında olur. Bir qayda olaraq mətbuatda ailələr barəsində informasiya verəndə cəmiyyətdə belə bir fikir yaranır ki, bütün ailələrdə konfliktlər yaşanır. Buna görə də təklif edirəm ki, mətbuatda nümunəvi ailələri tanıtmaq lazımdır. Bu, vəzifəli şəxs, ictimaiyyət tərəfindən tanınan bir şəxs də ola bilər. Fikrimcə, Azərbaycan cəmiyyəti bu problemi aradan qaldırmağa qadirdir.

Bu, zamanla həll olunan məsələdir. Artıq cəmiyyətdə qızların təhsil almağı genişlənir. Mən fikir vermişəm, qadınların təhsil almaq istəyi oğlanlara nisbətən getdikcə artır".

Daha sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən Aliyə İbrahimova, Ombudsman Aparatının üzvü Zemfira Məhərrəmli, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edərək sözügedən problemin hazırki cəmiyyətə təsirindən danışıblar.

Tədbir davam edir.

Tarix
2015.07.02 / 11:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla