Yuxarı

Usubov qəza törədən polisi işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir neçə ay əvvəl yol qəzası törədən polis əməkdaşı işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi Turab Vaqif oğlu İsgəndərov tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, aprelin 19-da Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi "Toyota" markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən başqa, Zaqatala şəhər sakini, 1996-cı il təvəllüdlü Nərgiz Niyazi qızı Ramazanova da olub. Qəzada xəsarət alan sərnişin dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin olaraq, həkimlərə onun yıxılaraq xəsarət aldığı bildirilsə də, araşdırmalar zamanı N. Ramazanovanın məlum qəzada yaralandığı müəyyənləşdirilib.

Hadisə nəticəsində Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Tarix
2015.07.02 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla