Yuxarı

“Dünya qorxunc qan dəryasına şahidlik edəcək”

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Suriyaya girəcəyinə dair yeni planlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Zaman" qəzeti məlumat yayıb.

Bildirilir ki, AKP-nin yeni Suriya planı nə bahasına olursa-olsun, Əsədin devrilməsinə yönəlib və artıq bu ölkəyə hərbi müdaxilə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinə lazımi təlimatlar verilib.

Yazar Haluk Özdalğa isə çox iddialı açıqlamalarla çıxış edib:

"TSQ-nin apardığı araşdırmalar Suriyada inkişaf edən proseslərin dəqiq hesablandığını göstərir. Nüsra cəbhəsi, İŞİD və Əl Qaidə Suriyada iqtidar davası aparır. Bunlardan biri Suriyada iqtidarı ələ keçirərsə, dünya qorxunc bir qan dəryasına şahidlik edəcək. Səudiyyə və Qətər Suriyanın dağılmasından dolayı narahatlıq keçirmir. Çünki İrana böyük bir zərbə vurduqlarını düşünürlər. Suriyanın bir hissəsində kiçik bir vəhhabi dövlətinin qurulmasının tərəfdarıdırlar. Səudiyyə və Qətərin mövqeyi olduqca açıqdır, eyni zamanda, digər ölkələrinki də. Məsələn, ABŞ PYD-ni dəstəklədiyini və İŞİD-ə qarşı olduğunu gizlətmir. Onda ortaya bir sual çıxır. Bəs burada AKP-nin məqsədi nədir? Suriyaya demokratiyanı bu ölkələrlə birgə hərəkət edərək gətirəcəklər?.."

Tarix
2015.07.02 / 13:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla