Yuxarı

İcra başçısı polis günündə nələr dedi? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Axar.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış, Azərbaycan polisinə mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ümummilli liderin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaradıb.

Tədbirdə iştirak edən rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov 96 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.

Sonra rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik leytenantı Nəbi Məmmədov Daxili İşlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və Rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Tarix
2015.07.02 / 15:34
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla