Yuxarı

3 yaşlı xərçəng xəstəsi üçün xeyriyyə konserti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi" xərçəng xəstəliyindən əziyyət çəkən 3 yaşlı Xədicə Cəfərzadə üçün xeyriyyə konserti təşkil edib.

Axar.az xəbər verir ki, limfa xərçəngi diaqnozu qoyulan 3 yaşlı X. Cəfərzadə hal-hazırda Ankara şəhərində, Hacettepe Xəstəxanasının Onkologiya bölməsində müalicə olunur.

Xədicənin döş qəfəsində 10 sm böyüklüyündə cisim aşkarlanıb. Getdikcə artaraq ürəyi sıxır, ürək ritmini pozur və nəfəs almağına çətinlik yaradır. Ailəsi çarəsiz vəziyyətdədir, maddi imkanları yoxdur.

Məhz buna görə 5 iyul tarixində saat 17:00-da "Aygun City"də Xədicə üçün xeyriyyə konserti keçiriləcək. Konsertdə sənətçilərlə yanaşı, millət vəkili Qənirə Paşayeva da iştirak edəcək.

Konsertə bilet almaq istəyənlər 012-409-14-63 nömrəsi ilə əlaqə saxlaya bilər və yaxud bu Feysbuk linkinə daxil olub (https://www.facebook.com/pages/1-manat-1-heyat-Xedice-ucun/1075501812477528) səhifənin mesaj bölməsinə yaza bilərlər.

Qeyd edək ki, biletin qiyməti 10 AZN-dir. Uşaqlara giriş pulsuzdur. Bundan əlavə, "MilliÖn"dən ödəniş üçün terminala yaxınlaşaraq bank sistemlerindən "BANK RESPUBLİKA"-nı seçib birinci xanaya: 380194402350064201, ikinci xanaya isə 09628986 rəqəmlərini yazmaqla yardım edə bilərsiniz.

Onlayn ödəniş üçün isə "Bankim.az" saytina daxil olun. Oradan sol tərəfdə aşağıda "KREDİTİN ÖDƏNİŞİ" düyməsini basın.

Yeni səhifədə Xədicə üçün açılan hesab nömrəsini: 380194402350064201 və şəxsiyyət vəsiqəsinin AZE: 09628986 əlavə edərək "SORGU" düyməsinə basın. Açılan yeni səhifədə ödəyəcəyiniz məbləği qeyd edərək "Sorğu" düyməsini basın. Daha sonra məlumatın düzgünlüyünü yoxlayıb "ÖDƏ" düyməsini basın. Sonda kartın məlumatlarını daxil edib, "APPROVE" düyməsini basın.

Tarix
2015.07.02 / 18:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla