Yuxarı

Erkin Qədirli: “Azərbaycanın sağ qalması üçün…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə və millət kimi sağ qalmaq istəyiriksə, Azərbaycanın yaxın gələcəyi üçün vətəndaş millətçiliyindən başqa yolu yoxdur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə siyasətçi Erkin Qədirli çıxış edib.

Onun sözlərinə görə, coğrafi mövqe məsələsi dövlətlərin taleyi üçün mühüm əhəmiyyət kəsb edir:

"Qonşuluğumuzda bir dənə də dinc ölkə yoxdur. Hamısı da bizə ya açıq, ya da gizli şəkildə qarşıdır. Bölgəmizdə heç bir ölkənin sərhədləri sabit deyil, hər an dağıla bilər - Rusiyası da dağıla bilər, İranı da, Türkiyəsi də. Hər yerdə şovinizm, dini radikalizm, terrorizm baş qaldırır. Hava yoluyla təxminən 1500 km (Naxçıvandan lap az, təxminən 500 km) bizdən aralı camaatın kütləvi şəkildə başını kəsirlər (sözün hərfi mənasında), bizdən isə humanist, tolerant, multikultural, homofil, daha nə bilim, nə olmağımızı gözləyirlər. Öz aramızda başqa millətlərin dilində danışmağımızı təqdir edir, həvəsləndirirlər. Bir qonşumuz Fransa, başqa bir qonşumuz Almaniya, bir başqası da Avstriya kimi ölkələr olsaydı, biz heç ordu saxlamazdıq, 3-4 dili ölkəmizdə rəsmi dil elan edərdik, sərhədləri açardıq və s. Coğrafiyanın təsiri böyükdür. Ölkə və millət kimi sağ qalmaq istəyiriksə, Azərbaycanın yaxın gələcəyi üçün vətəndaş millətçiliyindən başqa yolu yoxdur. Vətəndaş millətçiliyi, başqa nəsnələrlə yanaşı, həm də dünyəvi dövlət qavramını içinə alır. Bu coğrafiyada dünyəvilik bizim üçün bir tək daxili ictimai quruluş məsələsi deyil. Bizim üçün (bu coğrafiyada) dünyəvilik - müstəqillik məsələsidir".

Tarix
2015.07.03 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla