Yuxarı

Xalq artisti: “1500 dollar deyirəm, qaçırlar...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axır vaxtlar kim zəng edirsə, 1500 dollar deyirəm, qaçırlar, istəyirlər havayı olsun".

Bu sözləri xalq artisti Əminə Yusifqızı qiraətə görə aldığı qonorarlarla bağlı Axar.az-a danışarkən deyib:

"Mən səsləndirdiyim bütün şeirlər sevimli şeirlərimdi. Sevmədiyim şeir olanda onu lazım olan yerdə deyirəm, sonra da yaddan çıxarıram. Televiziyalarda şeir səsləndirməyin müqabilində qonorar vermirlər – ancaq dövlət televiziyasında verirlər. Məsələn, bu yaxınlarda mənim 3 verilişim oldu, hər verilişdə 60 şeir oxudum. Onlarla müqavilə bağlamışdım və onun qonorarını verdilər. Toya-filan isə əlbəttə, qonorarla gedirlər. Mənim çox diskim çıxıb və onları əlbəttə ki, qonorarla yazıram. Qiyməti özüm deyirəm. Lap təzə-təzə başlayanda bir diskimə 100-200 dollar alırdım – demək olar ki, havayı başa gəlirdi. Sonra qiymət qalxdı, 800-1000 almağa başladım. Axır vaxtlar isə kim zəng edirsə, deyirəm 1500 dollar, qaçırlar, istəyirlər havayı olsun. Bir diskə 25-30 şeir gedir, onları birnəfəsə səsləndirmək çətin olur. Mənim üçün şeiri əzbər söyləmək daha asandır. Bir də var ki, kimsə kitabını gətirir ki, oxuyum. Ramiz Abdullayev adlı şair var, diskimi də ilk dəfə o yazdırıb, 100 dollar da qonorar verib. Mən yaddaşlarda qalan şeirlər səsləndirirəm. Hansısa konsertdə, dövlət tədbirində istənilən aktyoru dəvət edəndə ona şeir verirlər ki, əzbərləsin. Mənə isə deyirlər, Əminə xanım, bu tədbirə görə nəyiniz var? Mən də şəxsi fondumdan bir şeir səsləndirirəm".

Tarix
2015.07.03 / 09:42
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla