Yuxarı

Vətəndaşlar Hüseyn Bağırova nə dedi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bu gün Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məluma görə, qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Vətəndaşların müraciəti əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Tarix
2015.07.03 / 12:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla