Yuxarı

İŞİD-in başına pul qoyulmuş “vuran əli” öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qarşı təşkil edilən hava hücumu nəticəsində təşkilatın öndə gedən isimlərindən olan Tarık bin Tahar əl-Anvi əl-Harzi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Əl-Harzi iyunun 16-da Şadadi şəhərində öldürülüb.

Pentaqon Əl-Harzinin təşkilat üçün Suriya və İraqa döyüşçü və təchizat gətirilməsi işində məsul olduğunu, ayrıca xarici döyüşçülərin təşkilata qatılması və səyahətlərinin təmin edilməsi üçün maddi qaynaqlara nəzarət etdiyini açıqlayıb.

Buna əlavə olaraq Əl-Harzinin Liviyadakı terrorçuları silahla təmin etdiyi bildirilir.

Pentaqon sözçüsü Ceff Davis Əl-Harzinin ölümünün təşkilatın xarici döyüşçüləri Suriya və İraqdakı müharibəyə cəlb etməsinə, Suriya-İraq sərhədindəki döyüşçü və təchizat aktivliyinə təsir edəcəyini deyib.

Xatırladaq ki, ABŞ bir müddət öncə Əl-Harzi haqqında məlumat gətirənə 3 milyon dollar mükafat vəd etmişdi.

Tarix
2015.07.03 / 13:16
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla