Yuxarı

Binəqədidəki qumarxana işini davam etdirir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda yerləşən "VİP CLUB"da şıdırğı qumar oyunları davam edir.

Axar.az-a verilən məlumata görə, gizli kazino işini dayandırmayıb və loto oyunları təşkil edilməkdədir.

Binəqədi rayonu, 1260-cı keçid, 69-a ünvanında yerləşən bu məntəqənin sahibinin RİAD Təhlükəsizlik xidmətinin əməkdaşı Vüsal Rzayev adlı şəxs olduğu bildirilir. Bir neçə il əvvəl Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkum olunmuş Vüsal Rzayev lotoxanası ilə bağlı yayılan videogörüntülərə baxmayaraq işini görür.

Yada salaq ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən gizli kazino ilə bağlı araşdırma başlanıldığı barədə Axar.az-a açıqlama verilmişdi.

Kazinonun yenidən fəaliyyətini davam etdirməsi ilə bağlı məlumata münasibət bildirən 5-ci polis bölməsinin növbətçi hissəsindən qeyd etdilər ki, bu barədə heç bir məlumat verə bilməzlər.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda loto oyunu aparılan məntəqədən gizli çəkiliş edilib. 7-ci mikrorayon, 1260-cı keçid, 69-a ünvanında VİP CLUB-da yerləşən gizli kazinonun video görüntülərini "Qafqaznews" saytı yaymışdı.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, qumar oyunları qadağandır.

Tarix
2015.07.03 / 14:07
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla