Yuxarı

Zakir Həsənov Latviyalı həmkarı ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqada Azərbaycan və Latviya Müdafiə nazirlərinin görüşü keçirilib.

Axar.az xəbər verir ki, iyulun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviya Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov iyulun 8-dən Latviya prezidenti vəzifələrinin icrasına başlayacaq hazırkı Müdafiə naziri cənab Raymonds Veyonis ilə görüşüb.

Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Latviya Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın Müdafiə naziri Latviya prezidenti vəzifəsinə seçilməsi münasibətilə cənab Raymonds Veyonisi təbrik edib və ona bu yüksək dövlət fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.

"Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir" - deyə general-polkovnik Z.Həsənov bildirib.

Cənab R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib.

Səfər iyulun 4-də başa çatacaqdır.

Tarix
2015.07.03 / 15:29
Müəllif
Jalə Səmədova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla