Yuxarı

Bilik Fondu imtahanlarla bağlı videokonfrans keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilik Fondu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində abituriyentlər üçün "Ali məktəblərdə ixtisas seçimi və qəbul imtahanlarına hazırlıq" mövzusunda videokonfrans keçirib.

Bilik Fondundan Axar.az-a verilən məlumata görə, videokonfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Təhsil Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev, TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Məhəbbət Əkbərli, mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova, psixoloq Lalə Ağayeva iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov videokonfransa qatılan bütün abituriyentləri salamlayaraq Fondun həyata keçirdiyi maarifləndirici tədbirlərindən söz açıb, gənc nəslin hərtərəfli inkişafında belə tədbirlərin önəmli yer tutduğunu bildirib. Ekspertlər məktəblilərin uzun illər topladıqları biliklərin onların qəbul imtahanlarında müsbət nəticələr göstərməsinə imkan yaradacağını deyiblər.

Abituriyentlərin psixoloji baxımdam qəbul imtahanlarına hazırlığı məsələsinə dair dəyərli məsləhətlər verən mütəxəssislər ixtisas seçiminə daha diqqətli yanaşmanın vacibliyini vurğulayıblar.

Tədbirdə Gəncə, Mingəçevir, Lənkəran, Qəbələ, Şamaxı və Bərdədən olan abituriyentlərə qəbul imtahanları ilə bağlı onlayn formada məlumat verilib, onların imtahanlara hazırlıq səviyyəsi, ali məktəblərdə ixtisas seçimi, abituriyentlərin psixoloji durumuna dair fikir mübadiləsi aparılıb. Ekspertlər rayonlardan videokonfransa qatılan abituriyentlərin və valideynlərin çoxsaylı suallarını cavablandırıblar

Tarix
2015.07.03 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla