Yuxarı

Gürcülər bayrağımızı təhqir etdilər - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda insident yaşanıb.

ANS-in məlumatına görə yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən "Qəbələ" azarkeşlərinə hücum edib. Özlərini "milliyətçi" adlandıran bir qrup gürcü vətəndaşı Azərbaycan və "Qəbələ" futbol klubuna aid bayrağı ayaqlar altına ataraq tapdayıblar.

"Qəbələ" futbol klubunun Media və marketinq üzrə meneceri Səməd Nəsibov saytımıza hadisəylə bağlı açıqlama verib. Onun sözlərinə görə, şəhərin müxtəlif yerlərində bu kimi insidentlərin yaşanıb. Səməd Nəsibov bildirib ki, belə hadisələr onlarla Gürcüstana yollanan "Qəbələ" fan klubunun azarkeşlərinə qarşı olmayıb:

- Bu hadisə əsasən öz hesablarına Tiflisə gələn azarbaycanlı azarkeşlərə qarşı olub. Onların bayraqları əllərindən alınıb və döyülüblər. Bəzilərinin köynəkləri də cırılmışdı. Amma ciddi xəsarət alan olmayıb.

Səməd bəy onu da bildirib ki, polis orqanlarına müraciət etməmiş özləri bizə yaxınlaşıblar və üzrxahlıq ediblər. Kamera görüntüləri ilə məsələnin araşdırılacağını qeyd ediblər. Biz isə azarkeşlərimizin əllərindən alınan atributların, dövlət bayrağımızın tapılıb bizə qaytarılmasını tələb etdik.

Baş vermiş insidentlə bağlı Bakıdan oyunu izləməyə gedən "Sector 11" fan klubunun rəhbəri Atanur Cəfərli ilə əlaqə saxladıq. O da hücuma məruz qaldıqlarını təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib:

"Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verdi. Xoşbəxtlikdən ciddi xəsarət alan olmadı".

Fan klub rəhbəri tribunalarda da belə insidentlərin yaşandığını bildirib. Onun sözlərinə görə, yerli fanatlar onların əyləşdikləri tribunaya yandırıcı maddələr ataraq "Qəbələ" klubunun böyük bayrağını yandırmaq istəyiblər. Mühafizə polisləri insidentlərin qarşısını alıb, hər iki tərəfdən həbs edilən olmayıb.

Tribunadakı qarışıqlıq təkcə bununla bitməyib. Bu dəfə gürcülər ermənisayağı ərazi iddiasında olublar. Tribunaların birindən "Biz xatırlayırıq Zaqatala və Qax. 1921" əks olunmuş plakat asılıb. Sonradan Ali futbol qurumunun rəsmilərinin müdaxiləsi nəticəsində plakat yığışdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu da saytımız vasitəsiylə hadisəyə münasibət bildirib.
Mikayıl bəy deyib ki, hadisəyə ədalətli qiymət vermək və müvafiq tədbirlər görülməsi üçün Gürcüstan Futbol Federasiyasına müraciət edilib. Dövlət atributumuza qarşı çirkin hadisəni törədənlərin tezliklə cəzalandırılması və Gürcüstan tərəfinin üzr istəməsi tələb olunub.

2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena" stadionunda keçirilən "Neftçi" – "Çixura" (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı. Əvvəlcə tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. Daha sonra stadion çıxışında da münaqişə davam edib.

Hətta Gürcüstan xarici işlər naziri Maya Pandjikidze "Neftçi" və "Çixura" oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi. O, bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.

Bəs gürcülərin iddia etdikləri "1921-ci il Zaqatala, Qax" məsələsi nədir? "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalının araşdırmasından da görünür ki, bu ərazilərin Gürcüstana aid olmasına dair son illərdə qaldırılan hay-küyün heç bir tarixi və ya etnik əsası yoxdur.

Tarix
2015.07.03 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla