Yuxarı

“Azİmport” işçilərdən bir həftə möhlət istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azİmport" MMC 4 aydır əmək haqlarını vermədiyi fəhlələrdən növbəti həftəyədək möhlət istəyib.

Bu barədə Axar.az-a "Azİmport" MMC şirkətinin 4 aydan çoxdur əmək haqlarını vermədiyi "Şanxay" adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçiləri bildiriblər.

İşçi Elşən Əliyevin sözlərinə görə, şirkət növbəti həftə ərzində işçilərin maaşlarını hissə-hissə ödəyəcəyini bildirib:

"Azİmport" ötən gün bizi görüşə çağırdı. Bütün haqq-hesabın aparıldığını bildirdilər. Növbəti həftənin ikinci günü yenidən ora çağırılmışıq. Əmək haqlarımızın veriləcəyi deyilir. Biz şirkət rəhbərləri ilə görüşməzdən əvvəl SOCAR-la əlaqə saxladıq. Dəqiqləşdirmək istəyirdik ki, əgər SOCAR "Azİmport"a ödəniş etməyibsə, daha şirkətə getməyək. Ancaq SOCAR-dan bildirdilər ki, probleminizi şirkətlə həll edin. Şirkət isə bizə son bir həftə də gözləməyi xahiş etdi. Gələn həftədən maaşlarımızın hissə-hissə veriləcəyi deyilir".

"Azİmport" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Eyvazov da Axar.az-a açıqlamasında bildirdi ki, ödənişin edilməsi üçün bütün işlər artıq tamamlanıb:

"Qalıb bircə pulu vermək. Yəni artıq bizim edəcəyimiz bir məsələ yoxdur. Şirkət olaraq bizə ödəniləcək pulu gözləyirik. Pul ödənilən kimi əmək haqları veriləcək. Məsələ rəhbərliyin diqqətindədir və bu məsələdə xüsusi həssaslıq var. Problem mütləq həllini tapacaq və heç bir narazılıqdan söhbət gedə bilməz. Sadəcə, bizə pulun köçürülməsini gözləyirik. Ödəniş edilən kimi bu barədə açıqlama da verəcəyik. Bu məsələ hamımızı narahat edir və qısa müddətdə həllini tapması üçün əlimizdən gələni edirik".

"Azİmport" MMC şirkəti "Şanxay" adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rənglətdirdiyi işçilərin maaşlarını 4 aydan çoxdur ki, ödəmir. Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfər olduğu iddia edilir. Qeyd edilir ki, "Azİmport" MMC-nin işçilərə ümumilikdə 1.838.000 manat borcu yaranıb.

Tarix
2015.07.04 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla