Yuxarı

İrəvanda AB bayrağı qaldıranlar niyə döyüldü?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün açıq şəkildə bəyan etdilər ki, Rusiya ilə əlaqələr əslində Ermənistanın suverenliyini heçə endirmək deməkdir".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bu gün meydanlarda ermənilərin Avropa Birliyinin bayrağına olan aqressiv reaksiyasının fonunda İrəvan etirazlarının əsil mahiyyətini açıb:

"Ermənistanda qərbyönlü siyasət tərəfdarı az deyil. Bu gün açıq şəkildə bəyan etdilər ki, Rusiya ilə əlaqələr əslində Ermənistanın suverenliyini heçə endirmək deməkdir. Aksiyalara Avropa Birliyinin bayrağının gətirilməsi Ermənistanın Qərbə meyillənməsinin zəruriliyini göstərmək xarakteri daşıyır. Ancaq nümayişçilər bu etirazların anti-rus xarakter daşıdığını göstərməməyə çalışırlar. Bir sözlə, Rusiyaya qarşı olduqlarını gerçəkdə gizlədirlər. Yaxşı bilirlər ki, əgər etirazlarda AB-nin bayrağı dalğalanarsa, bu, Ermənistanın AB-yə yönəlik siyasi xəttini büruzə verə bilər. Bu səbəbdən də nümayişlərin əsas iştirakçıları ehtiyatlı hərəkət edərək bunu hər vəchlə ört-basdır edirlər. Çünki Rusiyada tez-tez aksiyaların Amerikanın İrəvandakı səfirliyi tərəfindən təşkilinə dair fikirlər səslənir. Hətta Jirinovski ABŞ-ın Ermənistandakı səfirliyinin bu ölkədən çıxarılmasının vacibliyini bildirib. Yəni Moskva məxməri inqilablara işarə edir. Ona görə də aksiyaçılar Avropa ilə bağlı ittihamlardan sığortalanmaq üçün belə bir adım atıblar. Meydanlardakı bayraq hay-küyü də sırf buna görədir".

Politoloqun sözlərinə görə, ermənilər bu addımla əslində Moskvaya açıq mesaj veriblər:

"Son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mətbuata müxtəlif məlumat sızdırılıb. Əslində, sızan xəbərlərdə problemin ədalətli həllinə qədər obyektiv variantların təklif edildiyi də görünür. Erməniləri hövsələdən çıxaran həm də bu məsələdir. Yəni ermənilər yeri gələndə Rusiyaya xatırlatmaq istəyirlər ki, Moskva onların maraqlarına uyğun hərəkət etməsə, qərbyönlü siyasi xətt seçəcəklər. Halbuki ruslar heç də biganə deyillər. Bu yaxınlarda Ermənistana 200 milyon dollar kredit veriblər. Nəinki müasir silahlar, hətta "İsgəndər" tipli orta məsafəli raketlərin də İrəvana verilməsi məsələsi hallandırılır".

Q.Hüseynli İrəvandakı etirazların böyümə ehtimalını istisna etməyib:

"Özlərinin də dediyi kimi, bundan sonra etirazların forma və taktikasını dəyişəcəklər. Buna görə də İrəvan aksiyalarının böyüyərək başqa şəhərlərə keçəcəyini istisna etmək olmaz".

Qeyd edək ki, bu gün İrəvanda etirazçılar Avropa Birliyinin bayrağını daşıyanlara zor tətbiq ediblər. Etirazçılar "bizə Avropa lazım deyil", "biz Avropanın vecinə deyilik" şüarları səsləndiriblər.

Tarix
2015.07.04 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla