Yuxarı

"Kapital Bank"a hücumun təfərrüatı: Həbs - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) "Kapital Bank" ASC-nin Abşeron filialında baş verən insidentə aydınlıq gətirib.

DİN mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, "Kapital Bank" ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb.

İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar.

Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Tarix
2015.07.04 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla