Yuxarı

DİN-dən qəhrəman polislə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi iyulun 3-də bir polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, DİN-in daha bir əməkdaşı insanların təhlükəsizliyi naminə növbəti qəhrəmanlığa imza atıb: "Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib. Belə ki, iyulun 3-də saat 20 radələrində Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev xidmətdən sonra öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki Şüvəlan dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb".

E.Zahidovun sözlərinə görə, polis əməkdaşı dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb: "Boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtaran polis, onu sahilə çıxarıb və yenidən geri qayıdıb. Bu dəfə artıq yorulmuş və taqətdən düşmüş xilaskar polis, boğulmuş ikinci şəxsi sahilə qədər gətirə bilməyib, onunla birlikdə suda boğularaq öz həyatını da itirib...

Hadisə yerinə gələn xilasedicilər öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və onun köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq böyük ehtiramla və eyni zamanda dərin təəssüf hissi ilə öz yaxınlarına təhvil veriblər".

Tarix
2015.07.04 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla