Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Kult |
Rusiya Prezidenti Vladimir Putin dünən axşam Moskvadakı "Et Cetera" teatrında Anton Çexovun hekayəsi əsasında hazırlanmış "Kişilər" tamaşasını izləyib.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Putinin sözçüsü Dmitri Peskov açıqlama verib.
Putin salonda alqışlarla qarşılanıb və tamaşaçıların arasında əyləşib.
O bu tamaşada Rusiyanın xalq artisti Aleksandr Kalyaginin dəvəti ilə iştirak edib.
Rusiya liderinin ən çox güldüyü səhnə isə "Hava çox gözəldir. Bilmirəm, çay içim, yoxsa özümü asım" replikası olub.
Tarix
2015.07.04 / 15:37
|
Müəllif
İlham Sahiloğlu
|