Yuxarı

Xalq artistinin yubileyi qeyd olundu – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

Axar.az xəbər verir ki, "Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsinin iştirakçıları əvvəlcə foyedə sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr və kino sənətində gözəl qadın simalarından biri olan Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söz açıb. Onun adı tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olub. 19 yaşında səhnəyə atılan bir gənc qız ömrünü 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi ümumbəşər rollar Azərbaycan Teatr tarixinə qızıl hərflərlə yazılıb.

Nazir vurğulayıb ki, Amaliya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb. Sənətkar bu günlərdə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Ə.Qarayev ölkə başçısı adından yubilyarı təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu ona təqdim edib.

Tarix
2015.07.04 / 16:26
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla