Yuxarı

İrandan həyəcan: İrəvan Araz çayı üçün təhlükə yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) və alüminium zavodunun tullantılarının Araz çayına axıdılması bu çay və çay ətrafında yaşayan insanların həyatı üçün təhlükə yaradır.

Bunu Trend-ə açıqlamasında İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin deyib.

K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur.

Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: "Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar".

K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan uzun illərdir nüvə tullantılarının yaratdığı təhlükə ilə üz-üzədir. Ermənistanın nüvə tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında basdırması, "Metsamor" AES-in radiasiya tullantılarını Araz çayı vasitəsilə Xəzər dənizinə axıtması inkaredilməz faktlarla təsdiqini tapıb.

Xatırladaq ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Tarix
2015.07.04 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla