Yuxarı

FHN Salyanda regional seminar-müşavirə keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3- də Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Salyan Rayon İcra Hakimiyyətində "2015-ci ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi" mövzusunda seminar-müşavirə keçirib.

FHN-dən Axar.az-a verilən məlumata görə, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Etibar Hüseynov və komissiyanın üzvləri, Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov və Mərkəzin əməkdaşları, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, bələdiyyə sədrləri, rayon Təhsil şöbəsinin rəhbər işçiləri, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Su-kanal idarəsinin nümayəndələri iştirak edib.

T. Müseyibov FHN-nin yaradılmasından ötən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışmış, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

M. Piriyev Salyan rayonu ərazisində mövcud olan su hövzələri ətrafında aparılan monitorinqlərin nəticələrindən danışıb, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarına təbliğat xarakterli materiallar paylanıb.

Tarix
2015.07.04 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla