Yuxarı

Səidə Sultan işdən çıxarıldı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Speys" telekanalında yayımlanan "Əsl şou"nun aparıcısı, müğənni Səidə Sultan işdən çıxarılıb.

Bu haqda Axşam.az-a jurnalist-aparıcı Tahirə Məmmədqızı xəbər verib.

O, bundan sonra proqrama özünün aparıcılıq edəcəyini bildirib:

"Mənə aparıcılıq təklifi telekanalın rəhbərliyindən gəldi. Səidə Sultan efirdə işlətdiyi nalayiq ifadəyə görə işdən uzaqlaşdırıldı. Verilişin yaradıcı heyətində də dəyişiklik edilib. Peşəkar işçilər cəlb olunub. Həftənin bazar ertəsi yayıma başlayırıq. İlk qonaqlarım müğənni Manaf Ağayev, Aşıq Zülfiyyə və oğlu Babəkdir. Ola bilsin ki, mənimlə birlikdə verilişdə kişi aparıcı da yer alsın".

Qeyd edək ki, S.Sultan verilişdə qonağı müğənni Rəhim Rəhimlinin həmkarı Niyam Salami ilə bağlı dediyi "Niyam bir dəfə evlənib, boşanıb. Hələ ailə qurmasın" sözlərinə "Uşağın xətrinə dəymə, səni cıraram" cavabını vermişdi.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün "Speys" telekanalında yayımlanan "Əsl şou" verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirib. Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:

"Biz "Speys" telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq".

Bir neçə gün əvvəl sözügedən telekanalda yayımlanan "Günaydın" verilişində də nalayiq ifadələr işlədilmişdi. Qonaq yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına "Mən aliməm, sən isə fahişəsən" sözlərini işlətmişdi. Məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, "Günaydın" verilişini bağlayacaqlarını söyləyib.

Tarix
2015.07.04 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla