Yuxarı

Sərkisyana ultimatum verildi - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-07-04 22:48:00

İrəvanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər yenidən Baqramyan prospektinə toplaşıblar.

APA-nın məlumatına görə, bu axşam aksiyanın təşkilatçılarından biri David Sansaryan mübarizənin yeni strategiyasını bəyan edəcək.

Hazırda fəalların hansı addımlar atacağı bəlli deyil. Aksiyanın təşkilatçıları qeyd ediblər ki, onların hərəkətləri sülh xarakterli olacaq. Hüquq-mühafizə orqanlarının iddiasına görə isə, fəallar polisə qarşı təxribat hazırlayır, onlar küçədə çadır qurmaq və şəhərin digər yollarını bağlamaq niyyətindədirlər.

2015-07-05 01:11:00

Ermənistanda elektrik enerjisinin qiymətinin artımına qarşı etiraz edənlər hakimiyyətə ultimatum verib.

ANS-in məlumatına görə, bunu etiraz aksiyasının təşkilatçılarından biri David Sanasaryan bildirib.

"Biz Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi, axşamadək gözləyəcəyik. Tələblərimizin yerinə yetirilmədiyi təqdirdə biz "Bir addım irəli!" aksiyasına başlayıb zibil qutularından ibarət barrikadaları prezident iqamətgahı istiqamətinə yönəldəcəyik", deyə D.Sanasaryan bildirib.

Qeyd edək ki, Ermənistanda elektrik enerjisinini qiymətinə qarşı mitinq edənlər yenidən paytaxt mərkəzində yerləşən Baqramyan prospektinə axışmağa başlayıb. Artıq 10 gündən çoxdur ki, etirazçılar meydandan çıxmır və hökümətə öz etirazlarını bildirirlər.

İstirahət gününə baxmayaraq, nümayişçilər ərazini tərk etmirlər. Barrikadalar qurulub və dinamiklərlə küçənin ortasında yenidən vətənpərvərlik mahnıları səslənir. Aksiyaların musiqi müşaiyəti artıq mitinq edənlərin xüsusi ənənəsi olub. Belə ki, cümə günü təxminən 300 insan prospektdə yerli rok qrupunun təşkil etdiyi konsertdə olublar.

Tarix
2015.07.05 / 01:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla