Yuxarı

Bu gecə Qədr gecəsidir - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayının 18-dən 19-na keçən gecə (bu gecə) birinci Qədr gecəsidir. Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair müqəddəs kitabda iki ayə var: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir" ("Bəqərə", 185); "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (Lövhi-məhfuzda dünya səmasına) nazil etdik!" ("Qədr", 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Axar.az-ın məlumatına görə, Qədir gecəsinin hansı gecə olduğu bəlli deyil. Amma peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: "Qədr gecəsi min aydan daha xeyirlidir!" ("Qədr", 3).

Xatırladaq ki, Həzrət Əli bu gecə namaz üstə hücuma məruz qalıb və ağır yaralanıb, iki gün sonra isə dünyasını dəyişib.

Tarix
2015.07.06 / 02:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla