Yuxarı

“Vətən uğrunda!” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar Təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş "Vətən uğrunda!" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.

Axar.az xəbər verir ki, tədbirdən əvvəl mahnı müsabiqəsinə və iştirakçılara həsr olunmuş video-çarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Xalq artisti Azərin, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Təşkilatının sədri Abuhəyat Dadaşova və polkovnik Elşad Əbilov çıxış edərək bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd əsgər və zabitlərimizin, eləcə də gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi, milli mədəniyyətimizin, musiqimizin təbliği ilə yanaşı, yeniyetmə və gənclərdə hərbi xidmətə olan diqqət və marağın artırılması olub.

Müsabiqə cəbhəyanı bölgədə yerləşən bütün hərbi hissələri əhatə etdiyindən Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tərtər, Beyləqan, Füzuli rayonlarından olan hərbi qulluqçular və gənclər müsabiqədə daha fəal iştirak ediblər. Müsabiqə dövründə yeniyetmə və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanış olmaq imkanı da əldə ediblər. Müsabiqə bir daha göstərdi ki, vətən müdafiəçilərinin və gənclərimizin vətənpərvərlik ruhu, döyüş əzmi, vətənə, xalqa sədaqət hissləri yüksəkdir.

Seçim turlarında daha çox fərqlənən müsabiqə finalçıları Sabir Hüseynov, Sabir Əliyev, Rəşad İsmayıl, Abdulla Mədinov səhnəyə dəvət olunublar. Onların oxuduqları mahnılar alqışlarla qarşılanıb.

Münsüflər heyətinin qərarına əsasən Sabir Əliyev və Rəşad İsmayıl birinci, Sabir Hüseynov ikinci, Abdulla Mədinov isə üçüncü yerə layiq görülüblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Xalq artisti Azərin əsgər və zabitlərimizi qələbəyə səsləyən mahnılar ifa edib.

Müsabiqə qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2015.07.07 / 00:38
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla