Yuxarı

Süni insan sifəti yaradılır - Elm

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya məşhur şirkətlərindən biri süni insan sifəti hazırlanması üzərində işləyir.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, "Real-f Co." şirkəti gələcəkdə plastik cərrahiyyədə istifadə edilə biləcək süni insan sifətinin yaradılması texnologiyası üzərində iş aparır. Hazırkı mərhələdə şirkət mütəxəssisləri tərəfindən bu və ya digər insan sifətinin silikondan hazırlanan dəqiq sürətlərinin istehsalı işə salınıb.

Əvvəlcə xüsusi skayner vasitəsilə sifətin dəridə boşluqları və qan damarlarını dəqiqliklə göstərməyə imkan verən geniş maketi yaradılır. Sonra 3D printerdə maket dərc edilərək onun əsasında silikondan maska hazırlanır. Belə modelin hazırlanması üçün iki həftədən iki ayadək vaxt tələb olunur. Xidmət haqqı 300 min yen (2,4 min dollar) təşkil edir.

Şirkətin prezidenti qeyd edib ki, bu texnikanın tibb sahəsində böyük gələcəyi var. O bununla ehtiyacı olanlara kömək etmək istədiyini bildirib.

Bununla bağlı artıq şirkətə müraciətlər başlayıb.

Qeyd edək ki, ötən ilin noyabrında Səudiyyə Ərəbistanının tikinti şirkətlərindən biri şirkətə şahzadə ailəsi üzvlərinin sifətlərinin surətini hazırlamağı sifariş etmişdi.

Tarix
2015.07.07 / 02:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla