Yuxarı

“Türk əsgəri Suriyaya çarəsizlikdən yeridilir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Türkiyə Suriyaya girərsə, o zaman İncirlik bazası ilə bağlı şərt avtomatik olaraq həyata keçəcək.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, Türkiyənin Suriyaya hərbi müdaxiləsi İŞİD düyününü çözə bilməyəcək:

"Çünki bu təhlükə faktoru sırf İraqı əhatə edir. Terrorçular daha çox bu əraziləri nəzarətə götürüblər. Hətta Suriyaya müdaxilə məsələsində belə bölgə dövlətləri eyni mövqedə deyillər. Məsələn, İran buna birmənalı şəkildə qarşıdır və bu, bölgədə yeni münaqişə ocağı yarada bilər. Buna görə də hazırda gündəmdə olan hərbi müdaxilə məsələsinin İŞİD prosesinin qarşısını alacağını düşünmək bir qədər çətindir. Ola bilsin, Türkiyə bu yola çarəsizlikdən əl atır. Hər halda düşünmürəm ki, bu, İŞİD-in imkanlarını məhdudlaşdıracaq. Düzdür, təsirlərin bir qədər azalacağını istisna etmək olmaz. Ancaq məsələ ondan ibarətdir ki, planın Suriyadan başlaması çıxış yolu deyil. İŞİD faktoru hələ gündəmdə qalmaqda davam edəcək. Düyünün çözülməsi əl atılan üsulların nə dərəcədə effektli olmasından asılıdır. Görünür, indiyə qədər görülən tədbirlər səmərli olmayıb. ABŞ və NATO-nun mövqeyindən çox şey asılıdır. Türkiyə Suriyaya girərsə, o zaman İncirlik bazası ilə bağlı şərt avtomatik olaraq həyata keçəcək. Çünki başqa cür bu mümkün deyil. Çox güman ki, Türkiyə bu əməliyyatlara təkbaşına cəlb olunmaq istəməz".

Tarix
2015.07.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla