Yuxarı

4 nazirliyin faktları həyasızcasına təhrif etməsi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müharibə – sülhdür. Azadlıq – köləlikdir. Cəhalət – qüvvədir".

Axar.az xəbər verir ki, bu sitat Corc Oruellin "1984" romanındandır.

Əsər 1948-ci ildə yazılsa da, 1949-cu ildə çap olunub. Romanın adı və terminologiyası geniş yayılıb və kitabdakı situasiya totalitar rejimləri təsvir etmək üçün istifadə edilir. Roman dəfələrlə sosialist ölkələrində qadağan olunub, Qərb ölkələrinin solçuları tərəfindən tənqid obyektinə çevrilib.

Corc Oruelin məşhur "1984" romanından ən maraqlı aforizmləri təqdim edirik:

"Amma yenə də ola bilsin ki, üzündə ehkamlara inamsızlıq deyil, sadəcə, ağıl yazılmışdı".

***

"Bir anda onların ikimənalı baxışları toqquşdu – vəssalam. Lakin həyatı tənhalıqla kilidlənmiş adam üçün bunun özü də unudulmaz bir hadisə idi".

***

"Kim keçmişi idarə etsə, gələcəyi də o idarə edəcək. Kim bu günü idarə etsə, keçmişi idarə edən o olacaq".

***

"Onun zehni ikifikirlilik labirintində itmişdi. Bilərək bilməmək; Düşünülmüş yalanı söyləyərək öz düzgünlüyünə inanmaq: Bir-birlərini inkar etdiyini bilə-bilə iki əks fikri qəbul etmək və hər ikisinə əmin olmaq: Məntiqlə məntiqi öldürmək: Əxlaqı elan edərək rədd etmək: Demokratiyanın mümkün olmadığını və partiyanın demokratiya qoruyucusu olduğunu hesab etmək: Nəyi unutmalı olduğunu unutmaq və lazım olanda yenidən yada salmaq, sonra dərhal unutmaq və ən əsası, bu prosesi prosesin özünə tətbiq etmək. İncəlik də elə bundadır: Şüurlu olaraq şüuru üstələmək və bununla belə, özünü hipnoz etdiyini bilməmək. Hətta "ikifikirlilik" sözünün özünü də ikifikirliliyin köməyi olmadan anlaya bilməzsən".

***

"Günbəgün və hətta dəqiqədə bir keçmiş indikinə görə uyğunlaşdırılırdı".

***

"Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil".

***

"Bir şey bəllidir: hər rüb kağızda astronomik sayda ayaqqabı istehsal edilir, halbuki Okeaniya əhalisinin yarısı ayaqyalın gəzir".

***

"Və haradasa naməlum bir yerdə, keçmişin bir hissəsini saxlamaq, o biri hissəsini saxtalaşdırmaq və üçüncü hissəni isə yerli-dibli məhv etmək lazım olduğuna qərar verən, siyasi xətti cızan idarəçi beyin anonim şəkildə mövcud idi".

***

"Onda nəsə çatışmır: ehtiyatlılıq, biganəlik, hansısa xilasedici axmaqlıq".

***

"Bizim yeni xoşbəxt həyatımız" sözləri bir neçə dəfə təkrar olundu.

***

"Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox helikopter, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı".

***

"Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və alt paltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı".

***

"Axı könüllü casus elə ən təhlükəlisidir".

***

"Onlar dərk etməyincə heç vaxt üsyan etməyəcəklər, üsyan etməyincə isə dərk etməyəcəklər".

***

"Ola bilsin ki, tarixi kitablardakı hər bir söz, hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır".

***

"O, dəfələrlə olduğu kimi özünün dəli olmasının mümkünlüyü haqda düşündü. Bəlkə, elə azlıqda, tək sayda olandır dəli. Amma dəlilik fikri onu çox da narahat etmirdi: dəhşət olardı ki, üstəlik səhv düşünə".

***

"Dünya möhkəmdir, onun qanunları dəyişməzdir. Daşlar bərkdir, su mayedir, dayaqsız cisim yerin mərkəzinə doğru yönəlir".

***

"Azadlıq – iki vur ikinin dörd olduğunu söyləmək imkanının olmasındadır. Əgər buna izn verilirsə, qalan hər şey mümkündür".

***

"Lotereyanın işinə Uinstonun heç bir aidiyyəti yox idi. Onunla rifah nazirliyi məşğul olurdu. Amma o bilirdi (partiyada hamı bilirdi) ki, uduşların çoxu xəyali idi. Həqiqətdə ancaq kiçik məbləğlər ödənilir, böyük uduşların sahibləri isə saxta şəxslər olurdu".

***

"Səni sevirəm" sözlərindən ömrünü uzatmaq istədi və indi ən kiçik risk də axmaqlıq kimi görünürdü".

***

"Ancaq onu görə bilməsi çox çətin idi. Şahmatda səni mat etdikləri zaman gediş etmək qədər çətin…"

***

"Təkcə iş rahatlıq gətirirdi – iş başında hərdən on dəqiqəliyə hər şeyi unutmaq olurdu".

***

"Mənim qaydam – həmişə kütlə ilə bir qışqır".

***

"Sənin simanda nə isə var idi. Risk etməyi qərara aldım. Yad adamları yaxşı tanıyıram. Səni görən kimi başa düşdüm ki, onlara qarşısan".

***

"Əgər kiçik qaydalara riayət etsən, böyükləri pozmaq olar".

***

"Adətən müharibə ilə maraqlanmayan prolların vaxtaşırı vətənpərvərlik damarı tuturdu. Və sanki döyüş ruhunu saxlamaq üçün raketlər həmişəkindən də çox adam qırmağa başladılar".

***

"Hətta arzu qismində belə bu, çarəsizlikdir".

***

"Yenilməz instinkt onları asılmış vəziyyətdə, günbəgün, həftədən həftəyə gələcəksiz bugünlərini çəkib sürüməyə vadar edirdi. Hava tükənməyincə ağ ciyərlər növbəti nəfəsi özünə çəkdiyi kimi…"

***

"Kimisə sevəndə, sadəcə, sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən".

***

"Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu, əsl satqınlıq olacaq".

***

"Səni hər hansı bir şeyi – istənilən bir şeyi deməyə məcbur edərlər, amma buna inanmağa məcbur edə bilməzlər".

***

"Son nəticədə ierarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur".

***

"Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sülh nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə, ikiüzlülükdən irəli gəlmir: bu, fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünsüz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır".

***

"Bir var həqiqət, bir də var yalan və əgər sən həqiqəti, bütün dünyaya qarşı olsan belə, üstün tutsan, dəli deyilsən".

***

"Onu sevir və ona xəyanət etməyəcək: amma bu, sadəcə fakt idi, hesab qaydası kimi məlum olan bir fakt".

***

"Təsdiq rəsmiyyət, amma işgəncələr həqiqi idi".

***

"Köhnəlmiş istibdadların hökmü "Etmə", totalitarların "Etməlisən" sözləri ilə başlayırdı. Bizim hökmümüz isə "Sən varsan" sözləri ilə başlayır".

***

"Məni sizin düşüncə tərziniz cəlb edir. İkimiz də eyni tərzdə düşünürük, fərq bircə ondadır ki, siz dəlisiz.

Bəşəriyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür".

***

"Hakimiyyət vasitə deyil: Məqsəddir. Diktaturanın əsasını inqilabı qorumaq üçün qoymurlar: İnqilabı ona görə edirlər ki, diktaturanı qursunlar. Repressiyanın məqsədi repressiyadır. İşgəncənin məqsədi işgəncədir. Hakimiyyətin məqsədi hakimiyyətdir".

***

"Gerçək yalnız bir şeydir: ölüm onu gözləməyəndə gəlir".

***

"O, şüuru ilə təslim olmuşdu, ancaq ürəyinin toxunulmazlığını qoruyub saxlamaq istəyirdi".

***

"O, ilk dəfə dərk etdi ki, əgər sirri saxlamaq istəyirsənsə, onu özündən də gizlətməlisən".

***

"Onlara nifrət edərək ölmək – azadlıq elə bunun özüdür".

Tarix
2015.07.07 / 09:30
Müəllif
Jalə Səmədova
Şərhlər
Digər xəbərlər

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla