Yuxarı

Teatr mövsümü Tovuzda bağlandı – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrı özünün builki, 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.

Teatrın Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, qabaqcıl mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak ediblər.

Rayon ictimaiyyəti adından çıxış edənlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayaraq, ölkənin aparıcı teatrına özünün 87-ci mövsümünə məhz Tovuz rayonunda yekun vurduğuna görə rayon ziyalıları adından təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.

Tarix
2015.07.07 / 15:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla