Yuxarı



Yazarın Ərdoğana 10 məşhur sualı – “Hürriyyət”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan Baş nazir Ərdoğana maraqlı suallar ünvanlayıb.

 

Dolmabaxça sarayında keçirilən mətbuat konfransına dəvət olunmayan Əhməd Hakan "Orda olsaydım, bu sualları verərdim" başlığı altında 10 sual yazıb.

 

“Hürriyyət” yazarının suallarını təqdim edirik.

 


1. Yeni HSYK-ı ortaya çıxaran 12 sentyabr referandumunun dərhal ardından, “Okeanın o tayına təşəkkür” etdiniz. Bundan peşmansınızmı?

 

2. “Dövlət içində dövlət qurmaq istəyən şəbəkə var” dediniz. Bu şəbəkənin dövlətin içinə daxil olmasına sizmi şərait yaratdınız? Əgər bunu siz etmədinizsə, bu hadisələr baş verərkən siz nə etdiniz?

 

3. Ergenekon və Balyoz istintaqında “mən bu iddiaların prokuroruyam” deyirdiniz ... İndi vəkilmi oldunuz? Cavabınız "hə"dirsə, niyə?

 

4. Hazırda aparılan istintaq əməliyyatına güvənə bilərikmi?

 

5. O ayaqqabı qutuları, rüşvət, reaktivlər, qol saatları necə olacaq?

 

6. Amerika səfirinə “çıxın gedin” dediniz. Niyə bunu təkrarlamadınız?

 

7. Planınız nədir? Bu ölkədə bundan sonra “müstəqil məhkəmə” olacaqmı? Əgər olacaqsa, bu “müstəqil mühakimə”, hakimiyyət adamlarının yaxınlarının ifadələrini almaq mümkün olacaqmı? Yoxsa “Yeni Türkiyədə” bu adamlar "toxunulmaz" sayılacaq?

 

8. “TIR” nə məsələdir? Türkiyə Suriyaya silahmı göndərir? Əgər göndərirsə, kimə və niyə bu iş gizlin aparılır?

 

9. Əgər ortada "rüşvət" varsa və bu iddiaların heç biri etibarlı deyilsə, niyə nazirlər istefa verdi, yoxsa siz onları qurbanmı verdiniz?

 

10. Bundan sonra Türkiyədə “qüvvələrarası ayrı-seçkilik necə olacaq?” Əgər qüvvələr birləşəcəksə, bunlar sizin ətrafınızda bir araya gələcək?


Orada olsaydım, bunları soruşardım. Belə düşünürəm ki, bu sualları verə biləcəyim üçün mən orda deyildim…

Tarix
6 Yanvar [09:20]
Müəllif
Pərviz Həsənov
Şərhlər
Ən çox izlənənlər

İŞİD və kürdlər üz-üzə gəldi: görün İŞİD nələr dedi - Video

Barak Obama belə qorunur - Foto

Namus üstə adam öldürən qadın bu gün edam olunur

Şok: Yüzlərlə avropalı qız İŞİD sıralarına qoşulur

“Hərbi təlimlərin uzadılmasının bir səbəbi var”

İŞİD 1100 döyüşçü göndərdi: Türk torpağı təhlükədə

Tükürpədən İŞİD qaydaları: Mosullu ana danışır - Video

ABŞ-ın Putini devirmə planı açıqlandı – Şərtlər

Şərhini əlavə et Bağla
  Ad və soyad
  E-poçt
  Şərhiniz
 
Xəbər xətti
SORĞU
Sağlığınızı hansı ölkənin səhiyyəsinə etibar edirsiz?
 Azərbaycan
 Türkiyə
 Rusiya
 İran