Yuxarı

Sizin orucunuz başa çatır, mənimsə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhumuzu oxşayan bir deyim varmış. Türk şeirinin ustadlarından olan Nəcib Fazil müsəlman dünyasının yaşadığı dini idealları və gerçəkləri görərək, həmin təzadı cəmi bir cümləlik deyimində əbədiləşdirib. Dahiyanə deyilmiş həmin kəlam belədir: "Namaz məsciddən çıxınca, həcc Məkkədən dönüncə, Oruc Ramazan bitincə başlar".

Həqiqətən, hər il dünyada ilahiyə tapınan insanların sayının statistik cazibəsi göz qamaşdırsa da, onun paralelində tüğyan edən küfr və ədalətsizliyin miqyası artmaqdadır. Bir milyard yeddi yüz milyon insanın gözünün qarşısında uca yaradanın adı ilə qanlar tökülürsə, deməli, min aydan uca olan Ramazanda da insanlıq mənən təmizlənib ən ali səviyyəyə çata bilmir. Üzü qibləyə sitayiş edənlərlə başı qibləyə çevrilənlərin arasında qalıb müqəddəs məkanımız. Quranı göylərdən yerə endirmək gerçəkdən də peyğəmbərlikdir, lakin onu uca saxlamaq və şərin əlindən alıb xeyirə xidmət elətdirmək də bir nömrəli vəzifədir. Ona görə evinizin uca yerində qoruyub hifz etdiyiniz Tanrı kitabını Allahın evinin başına dolananların zəkasına həkk elətdirməkdən başqa çarəniz yoxdur.

Səmavi kitabların yerə enməsi ilə qafalara gəlməsi arasındakı məsafə çox böyük imiş. Çünki ən azı 1400 ildir adamlar Allahın şah əsərlərini oxuyub da özləri ayrı kitablar yazırlar - Yer üzünə hökmranlığın, əsarət və köləliyin kitablarını! Dünyada bütün çəki vahidlərini və ölçü meyarlarını kəşf edən bəşəriyyət ərsəyə gətirdiyi nailiyyətlərlə insanlığı yeni-yeni təhlükələr qarşısında qoyub. Ona görə kilsələr, sinaqoqlar və məscidlərin mənən təmizləyib cəmiyyətə çıxardığı insan materialları ədalət etalonuna çevrilə bilmir. Fransada saxlanan çəki daşları, İsveçrədəki dəqiq saatlarla zamanın mizan-tərəzisini quranlar üçün kamil insan modeli hələ də tapılmır ki, tapılmır. Hər il sayı sürətlə artan hacılar, kərbəlalar, məşhədilər təkcə mübarək bir dini status olmağa deyil, həm də toplumda inamı və imanı gücləndirməyə xidmət etməlidir. Bax, əsil göstərici budur.

Birdən fərz etsəniz ki, bütün islam dünyası Qara daşın ziyarətindən qayıdıb, gərək onda hamı bütün adları və titulları bir kənara qoyub dünya daşlarından qardaşlıq, birlik və bərabərlik üçün evlər inşa etsinlər.

Mübarək Ramazan ayının başa çatması münasibətilə yetimi, kimsəsizi, yoxsulu daha yaxından dərk edən hər kəsi təbrik edərkən hər birimiz çevrəmizə sülh və əmin-amanlıq arzulayır, millətimizə hüzur diləyirik.

İndi göylərdə hamının axtardığı kiçik Ay parçası əslində hər kəsin içində olmalıdır. Orucluğun əbədi fəlsəfəsi bax budur.

İçərisində Ay və işıq olanlar onu kənarda axtarmırlar! Əziz müsəlmanlar! Sabah sizin orucunuz başa çatır, mənsə oruc olaraq qalıram! Böyük Nəcib Fazil Qısakürəyin dediyi kimi!

Tarix
2015.07.17 / 15:45
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla