Yuxarı

Körpəni uşaq bağçasına necə alışdırmalı? – 10 qayda

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq bağçasına ilk gəliş körpələr üçün böyük stress, valideynlər üçünsə həyəcanlı anlardır. Körpələrin uşaq bağçalarına getməsini ailə miqyasında faciəyə çevirməmək üçün nə etməli?

1. Körpəni uşaq bağçası rejiminə tədricən alışdırmaq.

Erkən yuxudan oyanmaq, oyunlar şəklində məşğələlər təşkil etmək, təxminən bağçadakı ilə eyni anda nahar etmək, günorta yuxusu, axşam 21:00-dan gec olmayaraq yatmaq. Əgər uşaq günorta yatmağı sevmirsə, çalışın onu, sadəcə, çarpayıda uzanıb istirahət etmək üçün dilə tutun: uzanırıq, gözlərimizi yumuruq. Evdəki yeməklərin menyusunu bağçadakılara uyğunlaşdırın: sıyıq, sup, kompot, kisel.

2. Əskini tərgitmək və...

Uşağa öz narahatlığını bildirməyi öyrətmək barədə yüzlərlə elmi məqalə yazılıb. Ekspertlər bu mövzuda bir neçə doktorluq dissertasiyası da yaza bilərdilər. Lakin praktikanın göstərdiyi kimi, körpəni güvənə öyrətməyin universal bir resepti yoxdur. Fəqət bu mühüm məsələdə anaların kəşf və tapıntılarının da həddi-hüdudu yoxdur!

3. Müstəqilliyə alışdırmaq.

Uşaq üç yaşından ayaqqabısını açıb-bağlamağı, corablarını, köynəyini geyinib-soyunmağı bacarmalıdır. Qaşıqdan istifadə etməyi, fincandan çay içməyi, sərbəs yeməyi öyrənməlidir. Əlbəttə, uşaq bağçaya gedənədək lazımi vərdişlərə yiyələməmiş olsa, aydındır ki, tərbiyəçilər ona zəruri qayğını göstərəcəklər. Lakin sərbəsliyin ən minimal bacarıqlarını mənimsəsə, daha yaxşı olar.

4. Həkim yoxlamasından mütləq keçmək lazımdır.

5. Valideynlər əvvəlcədən uşaq bağçasında olmalıdır.

Uşaq bağçaya getməzdən bir neçə gün əvvəl gələcək tərbiyəçi ilə ünsiyyətdən utanmayın. Qrupdakı cədvəllə və bağçadakı şəraitlə tanış olun.

6. Əvvəlcədən bağçanın ərazisini uşağa göstərmək üçün imkan tapın.

İdeal variant – uşaqların gəzinti vaxtını öyrənib körpəni həmin saatda bağçaya aparmaq. Qoyun körpəniz bağçadakı uşaqlarla ünsiyyətə girsin, deyin ki, o da tez-tez bu uşaqlarla gəzməyə çıxacaq və onlarla oynayacaq, bağçaya gedəndə təzə dostlar tapacaq. Onu tərbiyəçilərlə tanış edin.

7. Çalışın ki, körpəniz oyun meydançasında sizin tanış və dostlarınızın uşaqları ilə ünsiyyətdə olsun!

Ola bilsin ki, tanışlarınızdan hansınınsa uşağı elə həmin bağçaya gedəcək. Belə olarsa, körpəniz yeni mühitə daha tez və asan uyğunlaşar.

8. Uşağı bağça ilə qorxutmayın.

"Yemək istəmirsən? Yaxşı, gedərsən bağçaya, orda səni necə lazımdır məcbur edərlər..." "Sözə başmırsan? Bax səni bağçada yaxşıca cəzalandırarlar!" və s.

9. Uşağa təlqin edin ki, ana hər zaman onun yanında ola bilməz.

İzah edin ki, ana işləməlidir. Qısa müddətlik körpənizi yaxın əqrəbanızın yanında qoya bilərsiniz. Lakin uşağa mütləq deyin ki, tezliklə qayıdacaqsınız, hətta dəqiq vaxt da demək olar. Körpə alışmalıdır ki, əgər onun hansısa müddətə qoyub gedirlərsə, bu qorxulu deyil, anası mütləq onun ardınca gələcək.

10. Uşağın bağçaya adaptasiya müddətində məzuniyyət götürün.

Yaxşı olar ki, ilk günlər uşağı qısa müddətə bağçaya gətirəsiniz, məsələn, gəzinti vaxtında, sonra nahara qədər və beləliklə, tədricən iki həftə ərzində bağçada qalma vaxtını uzatmaq olar.

Körpənizi bağçada qoyub gedərkən hər gün ən sadə rituallara riayət edin: mütləq öpün, sağollaşın, hökmən onu götürməyə gələcəyinizi deyin və gedin, hətta o, ağlamağa başlasa belə geri qayıtmayın. Hər gün belə hadisələrlə qarşılaşan tərbiyəçilər uşağın diqqətini dağıtmağı və valideyn getdikdən sonra onu sakitləşdirməyi bacarırlar. Qoyun uşaq ilk günlər bağçaya gələrkən özü ilə ən sevimli oyuncağını da gətirsin, belədə o daha sakin və rahat olar.

Tarix
2015.07.28 / 08:00
Müəllif
Təhminə C.B
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla