Yuxarı

Məşhur görücülərin 2015 proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə ABŞ-ın Alabama ştatına yadplanetlilər enəcək.

Axar.az bu ilin əvvəlində dünya mətbuatında 2015-ci illə bağlı verilmiş ən məşhur proqnozlardan bəzilərini, xüsusilə Vanqanın dediklərində reallığa uyğunluq aşkarlandığı üçün onları bir daha gündəmə gətirir.

Yadplanetlilərin Yerə yaxınlaşacağı ilə bağlı proqnoz məşhur amerikalı ekstrasens Edqar Keysiyə məxsusdur. O, yadplanetlilərin Amerika hökumətinə ultimatum da göndərəcəyini qeyd edib:

"Hətta onlar hökumətə ultimatum da göndərəcəklər. Ultimatumda bütün dünyada aparılan savaşların dayandırılmalı olduğu bildiriləcək. Bu olmayacağı təqdirdə isə yarım ildən sonra Yer kürəsi məhv olacaq".

Növbəti maraqlı proqnoz isə bizim dövrümüzdən 500 il əvvəl yaşayan Nostradamusa aiddir. Nostradamus məhz tarixin bu ilində dünyanı böyük daşqının bürüyəcəyini bildirir. O, məhz bu daşqın sayəsində dünyadakı yaşamın sona yetəcəyini iddia edir.

Bolqarıstanlı kor qadın olan məşhur Vanqa da verdiyi proqnozlar sayəsində öz həmkarlarından heç də geri qalmayıb. O, 2015-ci ildə insanların nüvə və kimyəvi silahlardan istifadə edəcəklərini bildirib. Vanqa digərlərindən fərqli olaraq bunların Yer üzündəki həyatı məhv etməyəcəyini əlavə edib:

"2015-ci ilin əvvəlində bir çox ölkələri iqtisadi böhran bürüyəcək. Bu isə bir sıra dövlətlərin yeni sərhədlərinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq (Dünya siyasi xəritəsində dəyişiklik artıq var – red.) Bu ildə qlobal kataklizmlər yaşanacaq. Bunun nəticəsində bir sıra Avropa ölkəsi, Cənubi Amerikanın bir hissəsi və Cənub Şərqi Asiyanın çox hissəsi su altında qalacaq".

Tarix
2015.07.29 / 08:15
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla