Yuxarı

“İŞİD-in Əsədlə əlaqələri ortadadır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki il öncə İŞİD-i Əsəd rejimi, Rusiya və İranın dəstəklədiyi ilə bağlı söylədiklərimin arxasındayam".

Axar.az xəbər verir ki, bunu "Star" qəzetinə müsahibəsində "Akşam" qəzetinin yazarı Ufuk Ulutaş söyləyib. Onun sözlərinə görə, İŞİD bölgədə Troya atı rolunu oynayır:

"İŞİD bir çox kəşfiyyat qrupunun qanunsuz övladıdır. O, Troya atı rolunu aktiv şəkildə davam etdirir. Bunu suriyalı müxaliflərə qarşı savaşda, onları içəridən çökdürmək məsələsində müşahidə etdik. İŞİD-in hazırda ələ keçirdiyi torpaqlara nəzər salsanız, onların çox böyük bir hissəsini müxaliflərdən aldığını görərsiniz. Eyni zamanda indiyə qədər PKK-dan və Əsəd əsgərlərindən çox suriyalı müxalif öldürülüb. Suriyalı müxaliflərin əsas komandirlərinə ya İŞİD-in özü sui-qəsd etdi, ya da Əsədə bu sui-qəsdi həyata keçirmək üçün kəşfiyyat məlumatları ötürdü. Bir ölkənin İŞİD-in arxasında olması, onu qurması bütün əməliyyatları həyata keçirməsi anlamına gəlmir. Saydığım ölkələrdən başqa bir çox ölkələrin də kəşfiyyatı İŞİD sıralarına daxil olub. Hazırda İŞİD-in fərqli cəbhələrdə fərqli ittifaqlara girdiyini görürük. Məsələn, Hacı Bəkir sənədləri ortaya çıxdı. Hacı Bəkir İŞİD-in əsas ideoloji atası, Bağdadinin üzərində nüfuzu çox qüvvətli olan şəxs kimi tanınır. Bu sənədlərdə İŞİD-in Əsəd rejimiylə əlaqələri deşifrə edildi. İŞİD içərisində müftilik, vilayət əmirliyi səviyyəsinə yüksəlmiş şəxslərin Qərbə və digər region ölkələrinə çalışdığı bəlli oldu. Qısacası, İŞİD-i Əsəd rejimi və İran lazımınca istifadə etdilər. Öz qətliamlarını İŞİD-in qətliamları ilə örtməyə çalışdılar. Rejim kimyəvi silah istifadəsindən də İŞİD sayəsində canını qurtardı. PYD-nin yayılmasına gəlincə isə ABŞ-ın buna izn verməsi ilə bağlı əlavə açıqlamaya gərək yoxdur. Belə ki, ABŞ bütün bu illər ərzində PYD-ni bölgədəki ən böyük müttəfiqi etdi. İŞİD-in boşaltdığı yerləri PYD-nin ələ keçirməsinə imkan yaratdı. Hətta Suriyaya müdaxiləni belə PYD-ni qorumaq üçün etdi".

Yazar ABŞ-İran anlaşmasının hələ də bir müəmma olduğunu bildirib:

"Nüvə məsələlərində razılığa gəlindi, amma bunun bölgə siyasətinə hansı formada təsir edəcəyi hələ də sual işarəsi olaraq qalır. ABŞ rəhbərliyi İranı bölgədə istifadə edəcəyi ortaq olaraq görməyə çalışdı. Çünki İran bölgədə hərbi cəhətdən güclüdür. İraqda ABŞ ilə yaxın işbirliyi var. Məncə, İran-İsrail münasibətlərindən başqa qalan bölgə siyasətlərində bəzi yaxınlaşmalar olacaq. Bu yaxınlaşmanın mənfi nəticələrini Suriya götürəcək. Lakin İranla ABŞ-ın bölgədə birdən-birə yaxın olacağını düşünmək düzgün deyil".

Tarix
2015.07.29 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla